Elmar Məmmədyarovun oğlunun toyundakı ermənicə mahnı montaj imiş-VİDEO

Elmar Məmmədyarov oğlunun toyunda belə oynadı
Agxeber.com xəbər verir ki, Xarici İşlər Naziri Elmar Məmmədyarovun oğlunun toyuna aid video görüntüdəki ermənicə musiqi, montaj olunaraq sonradan videonun üzərinə yazılıb. Bu da sosial şəbəkələrdə qalmaqala səbəb olub. 

2019-cu il avqustun 18-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun oğlu Riyad Məmmədyarovun ABŞ-da toyu olub.

Qeyd edək ki, həmin vaxt bu xəbəri və toydakı musiqili rəqsin videosunu "Qafqazinfo" təqdim etmişdi. Xəbərdə verilən məlumata görə Riyad Məmmədyarov və xanımı Aleks Zapallanın toyundan görüntülər 2019-ci il 18 avqsutuna aid idi. 

Görüntülərdə Elmar Məmmədyarovun ailə quran gənclərlə birlikdə müğənni Eyyub Yaqubovun "Azəri torpağı" adlı mahnısı sədaları altında rəqs etdiyi görünür. 


Həmin anın orginal videosunu təqdim edirik:
 

 

3204

DİGƏR XƏBƏRLƏR