
Agxeber.com-un xəbərinə görə, AĞ Partiya başqanı Tural Abbaslı Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Bu barədə o, öz facebook hesabında yazıb:
"Əziz həmvətənlər, dəyərli xalqım, sizləri müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm. Bayramınız mübarək olsun! Allah tutduğunuz orucları, etdiyiniz ibadətləri qəbul etsin! Bu əziz bayram günündə uca Allahdan arzu edirəm ki, bir daha dünya, eləcə də bütün müsəlman aləmi koronavirus kimi bəlalara düçar olmasın.
Bizlər növbəti bayramlarımızı daha coşğulu şəkildə qeyd edək. Xəstələrimizə Allahdan şəfa diləyirəm. Arzu edirəm ki, bütün il boyu Ramazan ayının fəlsəfəsinə uyğun yaşayanlardan olaq. Növbəti ramazanlarda xalqımız düçar olduğu bütün bəlalardan xilas olsun. Eləcə də Qarabağımız mənfur düşmənin işğalından qurtulsun. Allah sizləri, Azərbaycanımızı qorusun".