Bakının bu ərazisində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

 

Bakının bu ərazisində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Sabah saat 09:00-dan 02 sentyabr 2022-ci il saat 20:00-dək Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar, nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Agxeber” xəbər verir ki, bu haqda BNA məlumat yayıb.

Bildirilib ki, tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 2 müntəzəm marşrutun (149 və 164 nömrəli) hərəkət sxemləri alternativ küçələrlə (Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu - Vaqif Ələkbərov küçəsi – Emin Quliyev küçəsi – Şahlar Əsgərov küçəsi) təşkil ediləcək.

1642

DİGƏR XƏBƏRLƏR