Vətəndaş ona zərər vuran mütəşəkkil dəstədən şikayət edir

“Avro Qrand”a qarşı 1,6 milyonluq dələduzluq iddiası
Bakıda dələduzluqla məşğul olmaqda məhşur olan şirkət növbəti dəfə vətəndaşa zərər vurub. 

Agxeber.com xəbər verir ki, bu barədə vətəndaş Abbasov Cavid Tofiq oğlu saytımıza müraciət edib. Həmin müraciəti diqqətinizə çatdırırıq

"Abşeron rayonu, Xırdalan şəhərinda yerləşən “Avro-Qrand” MMC şirkətinin işçiləri Xəzər, Namiq, Elgiz adlı şəxslər və onların havadarları olaraq bilinən Hacı Rüfət, Hacı Oktay, Hacı Vüqar adlı şəxslər Bakıda eyni mənzil və obyektləri bir neçə nəfərə satmaqla onların pulların mənimsəməklə məşğuldurlar. Şirkətin əsas rəhbəri Xanlar adlı şəxs bu işlə bağlı həbs olunmasına baxmayaraq bu işçilər hələ öz qanunsuz əməllərini törətməyə davam edir. Bunlar mənə qarşı da dələduzluq etməkdə davam edirlər. Şirkət rəhbəri kimi qələmə verdikləri Cahangir isə şirkətə məxsus möhürlə insanlara MTK-ya məxsus müqavilə və maliyyə arayışları verərək bu dələduzların qanunsuz əməllərini törətməyə inandırıcı şərait yaradır. Eləcə də onlara Famil və Nofəl adlı Xırdalan şəhərində "maklerliklə" məşğul olan şəxslər bu evləri bir neçə şəxsə satmağa köməklik edərək əlavə faizlərini də alır. Hətta bunu MTK-nın öz işçiləri də təsdiqləyir. Artıq xeyli sayda belə problemli mənzil və obyekt mövcud olmasına baxmayaraq onların pulun qaytarmırlar və əvəzində vədlər verirlər lakin heç biri yerinə yetirilmir. İndi hansı dövrdə yaşayırıq ki, ölkəmizdə belə dələduzlar azadlıqda gəzir, vətəndaşlara qarşı kütləvi şəkildə dələduzluqlar edir? Bu mütəşəkil dəstə üzvləri kimlərə arxayın olub vətəndaşlara qarşı rahatlıqla dələduzluq edir? Nəyə güvənərək qanunları rahatalıqla pozub vətəndaşları soyurlar? Bu mütəşəkkil cinayətkar dəstə daha nə qədər vətəndaşa zərər vurmalıdır ki, onlara bir dur deyən olsun? Bu barədə hüquq mühafizə orqanlarının ciddi ölçü götürməsi lazımdır, yoxsa bu mütəşəkkil cinayətkar bandanın vətəndaşlara qarşı etdiyi terror hələ çox davam edəcək. Bununla bağlı əksər dövlət qurumlarına müracit etmişəm. Öz hüquqlarımın bərpası üçün bütün qanuni vasitələrdən istifadə edəcəm. Özlərini cəngəllikdə hesab edən MTK sahibləri və işçiləri cəzalandırılmalıdır."
 
1261

DİGƏR XƏBƏRLƏR