Sabah hava necə olacaq?

 

Sabah hava necə olacaq?
Avqustun 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Agxeber"ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olaca, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-38° isti olacaq.

Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 30-35 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.

Azərbaycanın rayonlarında

Hava əsasən yağmursuz keçəcək. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 23-28° isti olacaq.

1017

DİGƏR XƏBƏRLƏR