"Yetərincə RƏZİL olduq... - İSLAH olmaq zamanı"

May be an image of one or more people, sunglasses and outdoors
Azərbaycandakı uşaq bağçalarının fəaliyyəti barədə həmişə tənqidlər eşidilib və bu, belə davam edir. Mən bu utanc verici məsələlərə bir-bir toxunmaq istəyirəm. Ələxsusda dövlət bağçalarında baş verən özbaşnalıqlara... Bağçalarda uşaqlar ya ac qalır, ya da ki, ayrılan yeməklərin, təamların əsas hissəsi uşaqlara verilmir. Sağlam şəkildə qidalanma yoxdur. Uşaq bağçalarında körpələrə verilən yeməyi yeyib, suyunu içənlər var: Bu, dözülməz haldır. İndi bu məsələlər paytaxtda "Elm və Təhsil Nazirliyi" nə həvalə edilib və çox ciddi göstərişlər verilib ki, yemək məsələləri birinci planda olmalıdır. Bu sahədə dönüş yaranmaqdansa daha da geriyə gedirik. Onu da bildirim ki, "Elm və Təhsil Nazirliyi" nin tabeliyində olan körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri hamısı bərbad vəziyyətdədir. Və bağçalardakı vəziyyəti öyrənmək üçün bir neçə Bakı rayonlarındakı, qəsəbələrdəki uşaqların valideynləri ilə görüşə bildim. Suallar verdim. Sahil qəsəbəsində bir neçə valideynin şikayətləri məni çox narahat etdi. Sən demə bağçalar kazarma imiş... Uşağı bağçaya yazdırmaq üçün 300AZN, 500AZN rüşvət istəyirlər. Maraqlısı da odur ki, qəbula gedərkən söylənir ki, "qəbul dəyandırılıb. Ancaq Müdiri və ya müdirəni gördükdən sonra həyata keçə bilər. Bu da cəmiyyətdə “ŞİRİNLİK” adlanır. Deməli bağçanın müdirəsi 300-500 manat pul aldıqdan sonra uşağı baxçaya yerləşdirir. Elə bu sözləri, digər bağçaların valideynləri də təsdiq edir. Lakin bu məsələ davam edir. Uşağı baxçaya yerləşdirdikdən sonra valideyn aylıq 20, 30, 40 və s. AZN pul ödəməlidir. Həmçinin bayramlarda və müdirənin ad günündə belə pul yığımı davam edir. Araşdırmalarım nəticəsində müxtəlif rayonlarda yerləşən uşaq bağçalarında uşaqların qidalanması, və bağçadakı gigiyenik temizlik çox aşağı səviyyədə olduğunu öyrəndim. Demək olar ki, bütün bağçalarda supdan, makarondan başqa heçnə verilmir. Meyvə ümimiyyətlə verilmir. Dənli bitkilər, mal əti həmçinin təbii meyvə şirələri belə uşaqların günlük qidalanmasında yoxdur. Yeməkləri bərdad olduğu kimi uşaqların rahat yuxu almaları üçün yaradılan şərait çox məyus edicidir. Yataq dəstləri keyfiyyətsiz, uşağa ziyan olan yataq düzəldilib. Bir sözlə rüşvətxorluq, özbaşnalıq daha da artmaqda davam edir. Bu rüşvətxorluğun ən böyüyü Xəzər rayonunun dövlət baxçalarında da var. Çalışdım ki, oradakı valideynlərdən bağçalar barədə daha ətraflı məlumat ala bilim. 
 
"Bağçaya iki uşaq qoymuşam, ikisidə "hörmətlə". Yalandan deyirlər ki, yer yoxdur, amma "hörmət" edən kimi yer tapılır".
 
"Oğlum bir yaşından uşaq bağçasına gedib, dedilər yer yoxdu, pul verdik yer "boşaldı".
 
"Mən övladımı bağçaya yazdıranda 370 manat istədilər. Tanışlıqla-filan güclə 300 manata endirdilər. Ayda da 40 manat verirəm. 
 
"Öğlumu 1 yaş 7 aylıqda "İnci" bağçasına yazdırdım. Yazdırmaz olaydım. Uşağımı n bədəni yara tökdü, səpdi qaşındı, sulandı. Əsas üzvləri pişməcə olmuşdu. Uşağımın altını dəyişmirdilər. Mən uşağı götürməyə gedəndə altını dəyişib uşağı təhvil verirdilər. Axsama qədər 1 pampersin içində qalıb pişirmiş uşaq. Bağırsaqları pozuldu. Bütün günü dovğa, mərci verilirdi. Müəllimlərin qışqırığından uşaqlar qorxudan əsirdi. Bir sözlə sanki düşmən bağçasıdı".
 
"Dövlət baxçalarında adama 500-700 manat arasında qiymət oxuyurlar. İcra Hakimiyyətidə göz yumur, Elm və Təhsil Nazirliyidə. Dünən qonşu gəlmişdi, uşağını bağçaya yazdırmaq üçün 300 manat istəyiblər. 2 dəfə aidiyatı yerlərə şikayət edib, lakin bir nəticə yoxdur. Təsəvvür edin ki, Bakıda 200 manat istəyirlər amma Sumqayıtdakı bağçalarda tanışlıqla 500 manat, tanışsız 700 manat istəyirlər.
 
 "3 il əvvəl uşağımı Xətai rayonunda dövlət bağçasına 250 manata yazdırmışdım. Aylıq 60 manat da verirdim. Bayramlarda 100 manat xərcim çıxırdı. İndi həmin bağçanın "tası" daha da qalxıb. Uşaq 1 il yarım getdi sonra çıxartdım. Uşağı bağçaya sağlam qoyub xəstə götürürdüm. Heç razı qalmadım. 
 
Hə, deməli bunlar uşağı bağçaya gedən valideynlərə verdiyim sualların cavablarıdır. Əksər valideynlər dövlət bağçalarının pullu olmasından, bağça müdirlərinin qanunsuz tələblərindən, bağçadakı şəraitdən və qidalanmanın çox zəif olduğundan şikayət edir. Hələ regionlarımızda fəaliyyət göstərən uşaq bağçalarına toxunmadım. Çünki sinirlərim artıq tab gətirmir. Regionlarda vəziyyət şiddətə qədər uzanır. Ona görə, bu barədə başqa vaxt özümdə güc toplayıb yazacam. Yəqin ki, yazdığım bu yazını oxuyan şəxslərin də ətrafında onlarla belə valideyn var. Bəlkə də elə siz də o valideynlərdən birisiniz. Bəs uşaq bağçalarındakı bu biyabırçı vəziyyətin səbəbkarları kimlərdir, nə vaxta qədər belə davam edəcək?
 
Ümid edirəm ki, sonda verdiyim suala elə məhz aidiyatı qurumdan cavab gələcək. Tezliklə bu yaranan dəhşətli mənzərənin sona çatmasını arzu edirəm.
 
Ağ Partiya - Xanımlar Təşkilatının Sədri Malvina Amirova
428

DİGƏR XƏBƏRLƏR