AĞ Partiya mətbuat nümayəndələrini təbrik etdi


Dəyərli mətbuat nümayəndələri, cəmiyyətimizin güzgüsü olan şəxslər! Sizi 22 iyul Milli Mətbuat Günü münasibəti ilə təbrik edirik. Heç şübhəsiz ki, təbrik mətnindəki “güzgü” xitabı təsadüfi seçilməmişdir. Sizlər cəmiyyətimizdə baş verən hadisələri bizlərə çatdırmaqla sanki xalqımızı informasiya oksigeni ilə təmin edirsiniz. Eyni zamanda sizlərin mətin duruşuna, mübarizliyinə “Vətən Müharibəsi” zamanı da şahidlik etmişdik. Sizlərin ayıq-sayıqlığı sayəsində Azərbaycanın haqq davası dünyanın diqqətinə çatdırılırdı.  Könül istərdi ki, sizlər öz ölkəmizdə daha azad və demokratik şəraitdə fəaliyyət göstərəsiniz. Məhdud imkanlara baxmayaraq iqtidarın azad mətbuatı sıxışdırdığı dönəmlərdə belə doğru bildiyi yoldan dönməyən, dövlət, millət, vətən üçün çalışan bütün mətbuat işçilərini AĞ Partiyanın olaraq təbrik edirik. Başda Həsən bəy Zərdabi olmaqla dünyasını dəyişmiş,vətən millət eşi ilə yanan milli mətbuat nümayəndələrinə Allahdan rəhmət, yaşayanlara uzun ömür can sağılı arzu edirik.
 
467

DİGƏR XƏBƏRLƏR