Vətəndaş DİN-ə göndərdiyi şikayətə aidiyyəti üzrə baxılmadığından şikayətçidir

Daxili İşlər Nazirliyi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir -  AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Agxeber.com bildirir ki, vətəndaş Hacıyev İbrahim Rəhim oğlu Daxili İşlər naziri Vilayət Eyvazovun adına göndərdiyi ərizəyə aidiyyatı üzrə baxılmadığından şikayətçidir.

Belə ki, şikayətçi Hacıyev İbrahimin bildirir ki, "mən 26.10.2021-ci il tarixində onlayn şəkildə Daxili İşlər Naziri Vilayət Eyvazova ərizə ilə müraciət etmişəm. Şikayətçi olduğum vətəndaş hal-hazırda Binəqədi rayon ərazisində işləyir və faktiki olaraq Bakıda yaşayır. Şikayətçi olduğum vətəndaş haqqında bütün məlumatları detallı şəkildə ərizəmdə qeyd etmişəm. Hətta ərizəmə baxılmadığı üçün 102 qaynar xəttinə də bildirmişdim. Lakin Daxili İşlər Nazirliyi 36 gündən sonra ünvanıma məktub göndərib ki, sizin ərizə baxılması üçün Ağcabədi rayon Polis Şöbəsinə göndərilib. Şikayətçi olduğum vətəndaş Binəqədi rayonu ərazisində işləyib orada  da yaşadığı halda ərizəm nə üçün Ağcabədi rayon Polis Şöbəsinə göndərilsin? DİN bir ay ərzində nəyi araşdırırmış? Şikayətçi olduğum şəxs Bakıda yaşadığı halda ərizəmə baxılması üçün Ağcabədi rayon Polis Şöbəsinə göndərilməsini qanunsuz hesab edirəm. Mən özüm təqaüddə olan polis zabitiyəm, işlədiyim dövr ərzində belə savadsız və səriştəsiz addım atmamışam. ".  


 
1543

DİGƏR XƏBƏRLƏR