Tural Abbaslı özünə müavin təyin etdi



AĞ Partiyada yeni təyinat olub. Bu barədə "Agxeber.com"a partiyanın mətbuat xidmətindən məlumat verilib. Partiya sədri Tural Abbaslının sərəncamına əsasən Rzayev Rüfət Canəli oğlu partiya sədrinin maliyyə məsələləri üzrə müavini təyin olunub.
“Agxeber.com” Rzayev Rüfət Canəli oğlunun tərcümeyi-halını təqdim edir: Rzayev Rüfət Canəli oğlu 1981-ci ildə Lerik rayonunda anadan olub. 1987-ci ildə Əhmədli qəsəbəsində yerləşən 95 saylı orta məktəbin 1-ci sinifinə qəbul olmuş və 1998-ci ildə Bakı şəhəri Binəqədi rayon 276 saylı orta məktəbi bitirmişdir.1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi fakültəsinə qəbul olmuşdur. 1998-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatında kömpüter mütəxəssisi kimi əmək fəaliyyətinə başlamışdır. 1998-2002 illər ərzində Milli Hərbi geyim formalarının tərtibatında və hazırlanmasında yaxından iştirak etmişdir . Bu fəaliyyətinə  görə müxtəlif mükafat və fərmanlarla təltif olunmuşdur. 2004-cü ildə universiteti bitirib və 2018-ci ilə kimi ixtisasına uyğun olaraq idarəetmə sahəsində uğurlu fəaliyyət göstərmişdir. Müxtəlif beynəlxalq dərəcəli təlimlərin iştirakçısı olub. 2018-ci ildən AĞ Partiya sıralarında fəaliyyət göstərməkdədir.
2241

DİGƏR XƏBƏRLƏR