AĞ Partiya İdarə Heyətindən Xural TV-yə təbrik


AĞ Partiya  başqanı Tural Abbaslı və partiyanın İdarə Heyəti  Xural TV-ni, başda kanalın rəhbəri Əvəz Zeynallı olmaqla bütün kanal əməkdaşlarını təbrik edib. Bu barədə AĞ Partiya mətbuat xidməti məlumat yayıb. Təbrikdə deyilir: 
"Azərbaycan mətbuatında elə nəşrlər, media orqanları var ki, onlarsız Azərbaycan mətbuatını təsəvvür etmək mümkün deyil. Hətta onlara qarşı qərəz olsa belə, şəninə tərif deyilməsə də, onları görməzlikdən gəlmək mümkün deyildir. Haqlarında nə deyilməsindən aslı olmayaraq duruşları və varlıqları ilə tək başına alınmaz "qala"nı xatırladırlar. Necə ki, 1875-ci il iyulun 22-də Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi böyük maddi və senzura çətinliklərinə rəğmən ana dilində “Əkinçi” qəzetinin nəşrinə başladı. Və bu yolu inamla davam etdirərək Azərbaycan mətbuatına öz  işıqlı töhfəsini verdi. Eləcə də sonrakı dövrlərdə Zərdabi prinsipiallığını özünə prioritet hesab edən mətbuat orqanlarının mövcudluğunu və gördüyü işləri inkar etmək mümkün olmayacaqdı. Bu gün fəaliyyəti ilə nümunə olan Əvəz Zeynallı və onun böyük imzası olan “Xural”-ın TV kimi canlı yayım fəaliyyətinin başlanmasından 2 il ötür. Xural elə bir "qapı"dır ki, ilk başı sıxışan oranı döyür. Milli maraqları hər şeydən üstün tutan, məzlumların səsi olmağı özünün ümdə vəzifəsi elan edən Xural TV-ni canlı yayıma başlamasının 2 ili münasibəti ilə təbrik edirik. Bütün çətinliklərə baxmayaraq sükanı belə saxlayacaqlarına qətiyyən şübhəmiz olmayan  Xural kollektivinə uğurlar arzu edirik. Hörmətli Əvəz bəyin də dediyi kimi: "Xuralı izləyin ki, vaxtınız və vaxtımız hədər getməsin". 
AĞ Partiya İdarə Heyəti
3439

DİGƏR XƏBƏRLƏR