AĞ Partiyanın tərkibində Zəngəzur komissiyası yaradılıb


Aprel ayının 24-də AĞ Partiya İdarə Heyətinin növbəti iclası keçirilib. AĞ Partiyanın mətbuat xidmətindən  verilən məlumata görə, iclasda bir sıra cari məsələlər müzakirə edilib. O cümlədən ölkədə baş verən ictimai-siyasi proseslərə idarə heyəti üzvləri tərəfindən münasibət bildirilib.  Eyni zamanda partiya İdarə Heyətinin qərarına əsasən partiyanın tərkibində AĞ Partiya Zəngəzur komissiyası yaradılıb. Komissiyanın sədri İdarə Heyətinin üzvü Rüfət Rzayev təyin edilib.
Rüfət Rzayevin tərcümeyi-halını təqdim edirik:
“Rzayev Rüfət Canəli oğlu 1981-ci ildə Lerik rayonunda anadan olub .1987-ci ildə Əhmədli qəsəbəsində yerləşən 95 saylı orta məktəbin 1-ci sinifinə qəbul olmuş və 1998-ci ildə Bakı şəhəri Binəqədi rayon 276 saylı orta məktəbi bitirmişdir.1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İstehsalat və Xidmət sahələrinin İqtisadiyyatı və İdarə edilməsi fakültəsinə qəbul olmuşdur. 1998-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatında kömpüter mütəxəssisi kimi əmək fəaliyyətinə başlamışdır. 1998-2002 illər ərzində Milli Hərbi geyim formalarının tərtibatında və hazırlanmasında yaxından iştirak etmişdir . Bu fəaliyyətinə görə müxtəlif mükafat və fərmanlarla təltif olunmuşdur . 2004-cü ildə universiteti bitirib və 2018-ci ilə kimi ixtisasına uyğun olaraq idarəetmə sahəsində fəaliyyət göstərmişdir. Müxtəlif beynəlxalq dərəcəli təlimlərdə iştirakçısı olub.  2018-ci ildən AĞ Partiyanın sıralarında fəaliyyət göstərməkdədir”.
7657

DİGƏR XƏBƏRLƏR