Tural Abbaslı özünə müşavir təyin etdi


AĞ Partiyada yeni təyinat olub. Bu barədə "Agxeber.com"a partiyanın mətbuat xidmətindən məlumat verilib. Partiya sədri Tural Abbaslının sərəncamına əsasən Hüseynov Azər Şofiq oğlu partiya sədrinin ideoloji məsələlər üzrə  müşaviri  təyin olunub. 
“Agxeber.com” Hüseynov Azər Şofiq oğlunun tərcümeyi-halını təqdim edir:
Hüseynov Azər Şofiq oğlu 1980-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1986-1996-cı illərdə Bakı şəhəri 88 saylı məktəbdə orta təhsil almış və buranı fərqlənmə attestatı ilə bitirmişdir. 1996-cı ildə Bakı Dövlət Universitetinin tarix fakultəsinə daxil olmuşdur. 2000-ci ildə fakultənin əyani bölməsini fərqlənmə diplomu ilə bitirmişdir. 2000-2002-ci illərdə eyni fakultədə magistraturada təhsil almış, 2002-ci ildə magistratura pilləsini fərqlənmə ilə bitirmişdir. 2002-2004-cü illərdə Bakı Dövlət Universitetinin tarix fakultəsində müəllim (saat hesabı ilə) işləmiş, Azərbaycan və rus dillərində mühazirələr söyləmişdir. 2004-cü ildə ehtiyatdan leytenant rütbəsi ilə hərbi xidmətə çağırılmışdır. 2004-2006-cı illərdə döyüş bölgəsində N saylı hərbi hissədə xidmət etmişdir. 2006-cı ildə baş leytenant rütbəsi ilə ehtiyata buraxılmışdır. 2006-2009-cu illərdə Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər fakultəsində laborant və saat hesablı müəllim kimi çalışmışdır. 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə “Mədəd” ictimai birliyinin birgə respublika üzrə interaktiv təlimlərinin monitorinqini aparmışdır. 2009-cu ildən günümüzə kimi Qafqaz Etno Sosial Araşdırmalar Mərkəzində ekspert kimi çalışmaqdadır.
6986

DİGƏR XƏBƏRLƏR