AĞ Partiya tanınmış hüquqşünas Nicat Gözəlovun vəfatı ilə bağlı yaxınlarına başsağlığı verib


AĞ Partiya sədri Tural Abbaslı və partiyanın idarə heyəti Milli Hüquq Evinin rəhbəri, tanınmış hüquqşünas Nicat Gözəlovun vəfatı ilə əlaqədar ailəsinə, yaxınlarına başsağlığı verib. 
Qeyd edək ki, Milli Hüquq Evinin rəhbəri, tanınmış hüquqşünas Nicat Gözəlov koronavirusdan vəfat edib. 1966-cı il təvəllüdlü N.Gözəlova COVID-19 virusu ilə əlaqəli ağciyərin hər iki tərəfli total pnevmaniyası diaqnozu qoyulub. Mərhum Nicat Gözəlov doğulduğu Sabirabad rayonunun Mürsəlli kəndində dəfn olunacaq. Allah rəhmət etsin.

6494

DİGƏR XƏBƏRLƏR