Şamaxı sakini məmurların özbaşınalığından şikayətçidir

Картинки по запросу "şamaxı"
Şamaxı rayon sakini məmur özbaşınalığından, şikayətlərə biganə yanaşılmasından şikayətçidir. 

Agxeber.com xəbər verir ki, bununla bağlı Şamaxı rayonu, Göylər Kənd sakini Ənvər Üzeyirov saytımıza şikayət məktubu göndərib. Həmin şikayəti diqqətinizə çatdırırıq:

"Mənim hal-hazırda yeddi nəfər ailə üzvü ilə yaşadığımız evimiz qəzalı vəziyyətə düşüb. Bununla əlaqədar olaraq dəfələrlə Fövqaladə Hallar Nazirliyinə, Milli Məclisə və millət vəkillərinə (öz rayonumuzun deputatı başda olmaqla), rayon icra başçısına dəfələrlə məktub yazmışam fəqət mənə kömək edən yoxdur. Paşa Sığorta şirkətindən evimizi 31.01.2020-ci ildə sığorta etdirdim, onlara müraciət elədim, gəlib nümayəndə baxdı, ölçdü yazdı getdi. Bu il 07.01.2021-ci ildə telefon nömrəmə sms gəldi və 5127 AZN dəymiş zərər hesablanıb mesajı gəldi. O gün bu gün pulu köçürmədilər ki, evimi təmir edim, girim yaşayım içində. Belə haqsızlıq, belə özbaşınalıq olmaz. Cənab pirezidentimiz kömək edin, bizə sahib çıxın, körpə övladım var, hal-hazırda övladımın biri nənəsigildə, biri bibisigildə qalır. Qorxuruq ki, qəzalı evimiz indi uçar bu dəqiqə uçar. Çətin, çıxılmaz vəziyyətdəyik. Məmur biganəliyi, özbaşınalığı, qanunsuzluğu baş verir bu rayonda. Bizə yiyə, sahib çıxan yoxdur. 2006-cı ildə qardaşım əsgərlikdə rəhmətə getdi (papanin hospitalında xərçəng diaqnozu adı ilə, əgər xəstə idisə niyə əsgər aparırdılar? Evində ölməyib ki, hərbi xidmətdə olan zaman ölüb, sahib çıx, status ver (şəhid pulun istəmirəm şəhid adı ver).

11.10.2017-ci ildə yaşadığım kəndimizdə mal örüşdən qayıdan dörd baş iribuynuzlu mal qaramı oğurladılar, o gün bu gün bütün dövlət, hökumət idarələrinə yazdım, bir kömək olmadı, tapılmadı, ört-basdır edildi getdi. Bütün qada-bəla bu rayonda, bu kənddə bizim üçün gəlib baxan yoxdur, kömək edən yoxdur. Xahis edirəm bu müraciətimi işıqlandırın, ölkə pirezidentimizi, birinci vitse-pirezidentimiz görsün ki, biz qalmışıq məmur özbaşınalığı, biganəliyi, saymazlığının əlində. 
Şamaxı rayonu, Göylər kənd sakini, Üzeyirov Ənvər. Əlaqə nömrəm 0508841758"

3828

DİGƏR XƏBƏRLƏR