Vətəndaş işçisi olmuş "ATEF Şirkətlər Qrupu"ndan şikayətçidir

Картинки по запросу "atef şirkətlər qrupu"
Vətəndaş əvvəl işlədiyi iş yerində ona qarşı haqsızlıq edilyidini bildirir. 

Agxeber.com xəbər verir ki, vətəndaş Qədimov Pərviz işçisi "ATEF Şirkətlər Qrupu"nun mühafizəçisi kimi işdən ayrılarkən ona hesablanmış yekun ödənişdə haqsızlıq olduğunu bildirir. Vətəndaşın şikayətini diqqətinizə çatdırırq:

"Mən, Qadimov Pərviz 07.08.2017-ci il tarixindən 01.12.2020-ci tarixinə kimi "ATEF Şirkətlər Qrupu"nda mühafizəçi vəzifəsində çalısmısam. 01.12.2020-ci il tarixində Azərbaycan Respublikasının Əmək məcəlləsinin 68-ci maddəsinin 2(a) bəndinə əsasən əmək müqaviləmə xitam verilmisdir. İslədyim bu 3 il ərzində əmək məzunyətində olmamisam. İsdən azad olduqdan sonra axirıncı ayın (Dekabr 2020 ci il) əmək haqqısı mühasibatlıq tərəfindən hesablanıb kart hesabıma köçrülmüsdür. Amma 3 il məzunyətinə görə təzminat həsablanmamısdır. Şikayətimi insan resuslari Təranə Mahmudova bildirdim. "ATEF Şirkətlər Qrupu"nun Mühafizə Şöbəsi,  e-sosial portalında 160 saat aylıq iş saatı kvotası təyin olunmuşdur. (1-5-ci günlər 8:00, 17:00 ) şirkətin 24/7 mühafizə tərəfindən qorundunduğunu nəzərə alaraq şirkətin vəziyyəti isə E-sosialda olduğu kimi deyil. Öz istədikləri kimi saat, gün, növbə təşkil etdiklərini dilə gətirmək istəyirəm. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin işçi üçün aylıq hesablanmış 160 iş saatı olduğu halda, mühafizə şöbəsi şənbə və bazar günlərində, həmçinin bayram və Ümumxalq hüzn günlərində, seçki keçrilən günlərdə də fəaliyət göstərmişdir. Həmin günlərdə işə cəlb olunduğum təqdirdə qanunla müəyyən olunmuş şəkildə əlavə pul əmək haqqıma "ATEF" ŞİRKƏTLƏR qrupu tərəfindən hesablanmamışdır və eyni zamanda ödənilməmişdir. "ATEF" şirkətlər qrupu AZƏRBAYCAN Respublikasi Prezidentinin 2007-ci il 10 aprel tarixində imzaladığı qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqinda Azərbaycan Respublikasin qanununu heçə saymış, həmin qanunun 17-ci maddəsinin 2-ci bəndini kobud şəkildə pozaraq xüsusi razılıq olmadan (lisenziyasız) fəaliyyət göstərmişdir. Müvafizə dövlət qurumlarından xahiş edirəm ki, mənə dəymiş maddi ziyanın ödənilməsində köməklik göstərəsiniz."
2401

DİGƏR XƏBƏRLƏR