Quba rayon sakini məmurların biganəliyindən və ağır durumundan şikayətçidir

Картинки по запросу "Quba rayonu girişi"
Quba rayon sakini məmurların biganəliyindən və ağır durumundan şikayətçidir.

Agxeber.com xəbər verir ki, bu barədə Quba rayon sakini Həmidə Baxışova saytımıza müraciət edərək probleminin işıqlandırılmasını istəyib. H.Baxışovanın aşağıdakı müraicətini diqqətinizə çatdırırq: “Mənim beş ovladım var. Qubanın Zərdabi kədində doğulmuşam. Çox ağır vəziyyətdəyəm. Qubanın icra hakimi, Qubanın deputatı, Quba məmurlarının durumundan xəbəri var və heç kim müraciətimə baxmadı. Şəraitsizlikdən, imkansızlıqdan, Bakının Maşdağa kəndində kirayə qalıram, üç oğlum, iki qızım var, məcbur olub “Space” kanalında Amil Xəlilin verlişinə çıxdım, onlar da mənim vəziyyətimdən isdifadə edib verlişin reytinqini qaldırdı və şikayətimə baxmadılar. Nə edəcəyimi, kimə deyib, kimə yazacağımı bilmirəm. Beş uşağa çorək bələ tapmıram ki, verim. Xahiş edirem kömək edin, mən axı üç gələcək əsgəri və iki nəfər ana boyüdürəm. Bizim başqa dövlətimiz yoxdur, biz nə umuruqsa öz dövlətimizdən umuruq. Vəziyyətimiz çox ağırdır, yoxsa bu müraciəti etməzdim. Quba rayonunun icra başçısı, Quba rayonunun deputatı və məmurları Quba rayon sakinləri olan ailəmizi bu ağır vəziyyətdən çıxarmaq üçün nə üçün bir ciddi adım atmırlar? Məmur nə deməkdir, məmurun vəzifəsi xalqa, vətəndaşa xidmət deyilmi? Əgər bu deyilsə o zaman vətəndaşın həyatına, vəziyyətinə biganə qalmaq çox böyük haqsızlıqdır. Mən buradan cənab Prezidentdən xahiş edirəm ki, bizə biganə yanaşan bu məmur haqqında da bir tədbir görsün.”
985

DİGƏR XƏBƏRLƏR