Sakinlər “AAAF İnşaat” MMC-dən şikayətçidirlər

Картинки по запросу "“AAAF İnşaat” MMC"
Agxeber.com xəbər verir ki, sakinlər “AAAF İnşaat” MMC-dən şikayətçidirlər. Onlar, bu barədə şikayətlərini redaksiyamıza ünvanlayıblar. Həmin müracəti diqqətinizə çatdırırıq. 

Hörmətli redaksiya. Sizə hüquqları pozularaq aldadılmış vətəndaşlar olaraq bildiririk ki, yüzlərlə ailə 2015-2016-cı illər ərzində “AAAF İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə mənzil alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Müqavilə bağlayan vətəndaşların əksəriyyət hissəsi mənzilin dəyərini tam ödəmişdir. Qeyd edilən müqavilələrin bağlanmasından 5 ilə yaxın müddət keçməsinə baxmayaraq, “AAAF İnşaat” MMC öz öhdəliklərinə səhlənkar yanaşaraq bina tikintisini başa çatdırmamışdır. Belə ki, 19, 28, 29 saylı küçələrdə yerləşən çoxsaylı (19 saylı küçədə A, B, C, D, E, F nömrəli, 28 saylı küçədə, 2, 3, 4, 5, 6 nömrəli, 29 saylı küçədə 1, 2, 3,4,5,6 7, 8 nömrəli) hündür mərtəbəli binaların tikintisini başa çatdırmamış, hətta bəzi binaların təməli belə qoyulmamışdır. Həmçinin 28 saylı küçədə tikintisi başa çatdırılmış 1, 7, 8 nömrəli binalar bizə məlum olmayan səbəblərdən vətəndaşlara təhvil verilməmişdir, halbuki həmin binalarda tikitnti işləri yekunlaşdırılmışdır.Dəfələrlə “AAAF İnşaat” MMC-nin rəhbərliyinə şəxsən Tofiq Heydərov, Raid Məmmədova tikinti ilə bağlı yazılı və şifahi müraciətlər edilsə də müraciətlərimiz cavabsız qalıb,MMC-nin rəhbəri Tofiq Heydərovdan dəfələrlə bizləri qəbul etməsini xahiş etsək də, qəbul etməmişdir. Təəssüf hissi ilə qeyd edirik ki, “AAAF İnşaat” MMC tərəfindən illərdir vətəndaşlar aldadılır. Belə ki, yüzlərlə vətandaş tərəfindən ödənilmiş külli miqdarda pul vəsaiti faktiki olaraq “AAAF İnşaat” MMC tərəfindən mənimsənilmiş, həmin vəsaitlərin hara sərf edildiyi biz məlum olmamışdır. Aldadılmış vətəndaşlar içərisində I və II Qarabağ müharibəsi iştirakçıları, onlardan qazilərimiz, II Qarabağ müharibəsində Şəhid olmuş sakinimizin ailəsi, kirayə qalanlar, maddi durumu çətin olanlar, əlil vətəndaşlar var. “AAAF İnşaat” MMC-nin bu məsuliyyətsizliyi yüzlərlə ailənin həyatına öz mənfi təsirini göstərməkdə davam edir.İnsanlar min əziyyətlə, övladlarını ailələrini məhrumiyyətlər qarşısında qoyaraq ev almaq üçün illərlə topladığı vəsaiti “AAAF İnşaat” MMC tərəfindən mənimsənilmişdir.Mövcud problemlə bağlı İqtisadiyyat Nazirliyinə, İnsan Hüquqları üzrə Müvəkkilə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Milli Məclisinə, Abşeron Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Prezident Administrasiyasına, Mehriban xanıma, Prezidentin köməkçisi Hikmət Hacıyevə 130 nəfərin imzası ilə dəfələrlə müraciətlər edilmiş amma səsimizə səs verən əməli köməklik göstərən olmamışdır.Əksinə hər dəfə bizi məhkəməyə yönləndirmişlər. Sizdən xahiş edirik, Sizin problemə diqqətiniz yüzlərlə ailənin gələcəyinə, həyatına öz müsbət təsirini göstərəcəkdir. Tural bəy bu məsələdə bizə köməklik göstərilməsini, AAAF Park yaşayış kompleksində tikintisi başa çatmış 28 saylı küçədə 1, 7, 8 saylı binaların tezliklə vətəndaşlara təhvil verilməsi, 29 saylı küçədə mövcud olan yarımçıq tikililərin və təməli belə qoyulmayan binaların 1,2,3,4,5,6,7,8 saylı binaların sakinlərinin tikintisi ən qısa zamanda mümkün olan digər binalarda mənzil ilə təmin edilməsinin (təxminən eyni sahəli mənzil ilə dəyişdirilməsi), 19 saylı küçədə tikinti işlərinin surətlə aparılmasını, aidiyyəti orqanların məsələyə məsuliyyətlə yanaşmasını, ödənilmiş vəsaitlərin geri qaytarlmasını və ya qeyd etdiyimiz kimi bizlərin tikintisi başa çatmaqda olan binalardan mənzil ilə təmin edilməsini, həmçinin külli miqdarda pul vəsaitini mənimsədiyi üçün “AAAF İnşaat” MMC-nin məsul şəxsləri barədə məlumatların ictimailəşdirilməsində bizə kömək etməyinizi Sizdən xahiş edirik.


Agxeber.com
2631

DİGƏR XƏBƏRLƏR