Kimsəsiz böyüyən talelər


Həyatda hər kəs xoşbəxt və ata-ana sevgisiylə böyümür. Bundan məhrum olan kifayət qədər körpələr, gənclər var. Buna sübut kimi ümid evlərini, körpələr evlərini göstərmək olar. Təbii ki,o körpələr öz xoşları ilə deyil hansısa, məsuliyyətsiz bir "ananın", heç yerdə özünü sübut edə bilməyən bir atanın səhvləri ucbatından o evlərdə dövlət himayəsində böyüməyə, istəmədən məcbur olurlar (təbii ki,bu sözlərim dünyasını dəyişən valideynlərə aid deyil). Valideyn olmadan onların dövlət himayəsində olması, onları heç də xoşbəxt etmir. Səbəbini açıqlayacam. Onlarla rəftar nə qədər yaxşı olsa belə (təbii ki,ele deyil) valideyn sevgisinin yerini heçnə verə bilmir.
Gəlin, dövlətin onlara verdiyi dəstəyə nəzər salaq. Bir çox araşdırma apardım. Araşdırdıqca məsələnin daha faciəvi olduğunu müşahidə etdim. Demək olar ki, dövlətin bu sahədə heç bir yeniliyi, heç bir uğuru yoxdur. Bu körpələr sabahın kişiləri, qadınları olacaq insanlardır. Amma dövlətin onlara laqeyd yanaşması gələcək üçün potensial cinayətkarlar, cəsuslar yetişdirə bilər. “Dövlət baba” bu sahədə konkret addımlar atmalıdır. Onlara olunan bu laqeydlik onların həyat sevgisini, həyatda sözün yaxşı mənasında özlərini tapmasında çox mənfi təsir edir. Aydın məsələdir ki, körpələr evindən sonra müəyyən yaşa çatdıqda onlar ümid evlərini göndərilir. Ümid evinlərində 18 yaşa çatdıqda, oğlanlar əsgərliyə gedir, qızların bir çoxu isə küçələrdə istismar olunur...
Hökümətimiz bu sahəyə daha diqqətlə, daha həssas yanaşmalıdır. Onların təhsilinə, oğlanların və qızların fiziki qabiliyyətinə diqqət ayırmalıdır. Onlardan sözün yaxşı mənasında dövlət istifadə etməlidir. Onların cəmiyyətə adaptasiya olması üçün müəyyən işlər görməlidir. Məmur yaxınlarını xaricə dövlət hesabına təhsil almağa göndərməkdənsə, kimsəsiz  olan gənclərə dəstək olmaq lazımdır.
Düşünür və ümid edirəm ki, hakimiyyət bu məsələyə də diqqətlə yanaşar və müəyyən addımlar atar. Onlar bizim gələcəyimizdir. Gələcyimizi təhlükəyə atmayaq!

Araz Teymurov-AĞ Partiya başqanın gənclər üzrə müşaviri
 
885

DİGƏR XƏBƏRLƏR