Qazaxda təcili yardımın işçiləri acınacaqlı vəziyyətlə üzləşiblər

Qazaxda təcili yardımın işçiləri acınacaqlı vəziyyətlə üzləşiblər
Qazax Təcili Tibbi Yardım Stansiyasının kollektivinə koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdikləri halda ödənilməli olan müddətli əlavələrin məbləği kəsilib. 

"Ağxəbərin"in məlumatına görə, bu barədə orada çalışanlar şikayət məktubu göndəriblər.  Onlar, Qazax rayon səhiyyəsinin publik hüquqi şəxsi  (baş həkim) Sevda Məmmədovadan şikayətçidirlər. Şikayət məktubunu diqqətinizə çatdırırıq:

"Qazax səhiyyəsində baş verənlər qarşısında fələk də çaşbaş qalıb. Həddindən artıq ağıllı bir qadının Qazax səhiyyəsinin başında oturmağı qazaxlıları sözün əsl mənasında qarın ağrısına salıb. Xəbəri oxuyan hər bir Azərbaycanlıdan xahiş edirəm: ey mənim qeyrətli həmvətənlərim, millətimizin haqq mübarizəsində yumruq kimi birləşməyi bacardıq. Uşaqdan təqaüdçüyə, kasıbdan varlıya hər kəs birləşməyin necə olduğunu mükəmməl şəkildə nümaiş etdirdi.

  Gəlin indi də daxilimizdəki düşmənlərə qarşı birləşək. Cənab Prezidentin ətrafında birləşməyən, başlarını aşağı əyib büdcəni talayan, Möhtərəm Prezident üzünü çevirən kimi onun millətini, dövlətdən və hökumətdən narazı salan xain məmurlara qarşı birləşək. Millət olaraq Qazaxlıları xilas etmək üçün birləşək. Birləşək ki, xalqımız xəbərdar olsun ki, Qazax səhiyyəsinin başında oturanlar Prezidentimizin səhiyyə işçilərinə müddətli verdiyi qanpulunu acgözlüklə mənimsəyir. Kollektiv şəkildə toplanıb haqqını tələb edəndə özünüzə ziyan edəcəksiz deyib hədəqorxu gəlir. TƏBİB in göstərişidir deyir. Bəs TƏBİBin Qazaxla şəxsi qərəzliyi nədir? Qazağa bitişik rayon Ağstafa səhiyyəsi alıb?

   Ağstafanın baş həkimi, İlham həkimdən soruşanda ki, niyə siz verdiniz Qazax yox? Deyir virus dünyanı basıb insanların haqqını kəsməkmi olar? Bir də ki, TƏBİBin hansı mühüm sənədi prezidentin sərəncamından üstün sayılır? Cənab Prezident koronavirus (covid19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial güzaranının yaxşılaşdırılması məqsədi ilə 18 mart 2020 ci il tarixli, 1947 nömrəli sərəncam imzaladı. Prezidentin bu sərəncamı əsasında nazirlər kabineti müvafiq qərar qəbul etdi. Qərara əsasən səhiyyə işçiləri arasında koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən işçilərin aylıq tarif vəzifə maaşlarının (3;4;5) misili məbləğində müddətli əlavələr ödənilməli idi. Bu əlavələr Təcili Tibbi Yardım işçilərinə dörd misili məbləğində müəyyən olunmuşdu.
   Bütün sahələr düzgün formada hesablansa da bu işdə Təcili Yardım işçilərinin bəxti gətirmədi. Belə ki, uzun sürən mübahisələrdən sonra bir misli məbləğində ödədilər -mart (490 azn), aprel (763 azn), may (806 azn), iyun (727azn), iyul (727 azn), avqust (727 azn). Biz buna da şükür deyib razılaşdıq. Lakin böyük vətən müharibəmiz başlayandan sonra ara qarışıb, məssəb itib bunlar da vəziyyətdən istifadə edərək başadılar sentyabr ayından etibarən onu da tam dilənçi pulu səviyyəsinə saldılar. Yəni 50 manata.

   İndi deyirik TƏBİBin heç bir yazılı sənədi olmadan şifahi olaraq Cənab Prezidentin sərəncamını heçə saymağı niyə təkcə Qazax səhiyyəsinə şamil oldu? Axı Qazax təcili yardımının işçilərindən iyirmidən artığı koronavirusa yoluxub. Bir nəfər virusdan dünyasını dəyişdi! Axı Qazax təcili yardım işçilərindən vətən uğurunda oğulunu qurban verənlər var! Şəhid verən anamızın göz yaşı hələ qurumayıb! Sürücümüzün oğlunun yarası hələ sağalmayıb? Vətən müharibəmizə könüllü yollanan igidlər öz evlərinə dönməyib! Onları gözləyən səhiyyə işçilərinin qanpulunu mənimsəyərək dəbdəbəli həyat sürən məmurların amalı Dövlət Başçımızın maraqları ilə üst-üstə düşmür. Onların amalı özlərini müxalifət adlandıran bəzi ünsürlərin marağı ilə üst-üstə düşür ki ordumuzun, xalqımızın, Prezidentimizin birgə qələbəsini həzm edə bilmirlər. Bunlar da bilərəkdən xalqda hökumətə və dövlətə inamsızlıq yaradırlar. Bilərəkdən xalqı dövlətdən narazı salırlar! Bunlar nə bilir şərəf və ləyaqətdən. Bunlar nə bilir şəhidlikdən Qazilikdən. Axı o gənclərin arzuları, yaşanacaq həyatları qabaqda idi. Nə həvəslə oxuyub diplom almışdılar. Ki bir zaman sizin kimi məmurlardan xilas olaq."

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. 


Agxeber.com
2160

DİGƏR XƏBƏRLƏR