Şuşa ətrafında döyüşlərdə məhv edilən suriyalı muzdlular - SİYAHI + FOTO

Ermənistanın Daşnaksütyun Partiyası Şuşa ətrafında döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilən muzdluların kimliyini açıqlayıb.

Bildirilir ki, bunlar Suriya erməniləri - Hələb şəhərində silahlı qruplaşmaların komandiri Arut Banoyan (1976-cı il təvəllüdlü), silahlı qruplaşma üzvləri Akop Astarçyan (1991-ci il təvəllüdlü) və Mosik Seklemyandır (1992-ci il təvəllüdlü).

Xatırladaq ki, ötən ay Ermənistanın məskunlaşma üzrə əyalət departamentinin sədri Robert Matevosyan cəbhəboyu gedən döyüşlərdə erməni əsgərlərinə kömək üçün göndərilən 100 nəfərdən çox könüllülərin içərisində Suriya ermənilərinin olduğunu etiraf etmişdi.


729

DİGƏR XƏBƏRLƏR