ARZU SAYADOĞLU

“Adamın diplomu yox, adamı olar, adamı” – DİALOQ (KARİKATURA) – Arzu Sayadoğlu yazır…

“Adamın diplomu yox, adamı olar, adamı” – DİALOQ (KARİKATURA) – Arzu Sayadoğlu yazır…

ARZU SAYADOĞLU



İŞƏ QƏBULDA – DİPLOM VƏ TAPŞIRIQ

İşsiz: Salam.

Müdir: Salam. Buyurun, xoş gəlmisiniz.

İşsiz: İş üçün gəlmişəm. Gözətçi işi.

Müdir: Lap yaxşı. Sizi kim göndərib?

İşsiz: Bakı Dövlət Universiteti.

Müdir: Yox e, düz anlamadınız. Yəni, hansı müəllim?




İşsiz: Mühafizə İşinin Təşkili fakültəsi.

Müdir: Bağışlayın, bizə Gözətçi işi ilə sizinlə bağlı zəng gəlməyib.

İşsiz: Axı, sizdə Mühafizə boşdur. Mən də elə mühafizəni bitirmişəm. Diplomum da var, budur e.

Müdir: Bizə işə kimi götürməklə bağlı ağıl öyrədəcəksən?

İşsiz: Bağışlayın. Üzr istəyirəm. Siz əsəblərinizi mühafizə edə bilməsəniz də, mən öz əsəblərimi mühafizə etməliyəm.

Dilxor vəziyyətdə qapını örtür, çıxır bayıra.

Nəticə: 4 illik əziyyət, bu cür savad bir heç sayılır. “Yuxarıdan” deyilən 5-6 “kəlmə”, ayaq-baş qurulan cümlə ilə iş bitir.

P.S. Adamın diplomu yox, adamı olar, adamı…

Arzu Sayadoğlu, Ağ Partiya Mərkəzi Aparatının Təbliğat Şöbəsinin sədri, jurnalist

MÜƏLLİFİN DİGƏR YAZILARI