CAVİD HACIBƏYLİ

Zelenskiyə görə Tural Abbaslını təhqir edən iradəsizlər

Zelenskiyə görə Tural Abbaslını təhqir edən iradəsizlər

CAVİD HACIBƏYLİ
Ərdoğana görə Tural Abbaslını təhqir edən iradəsizlər indi də Zelenskiyə görə bunu edir. Nədir ki, Tural bəy müharibədən Rusiya-Ukrayna müharibəsindən bir ay öncə bildirib ki, Zelenksi siyasətçi olmayıb, aktyordur və s.
Bizdə bir qrup Avropa aşiqləri, qrant sektoru, müstəmləkə aktivistləri, kosmopolit, atesit keçinənlər, "irançılar", separatçılar var idi ki, Türkiyədəki hər seçki dövrü və ümumiyyətlə mühüm tarixi addımlar atılan dövrlər Türkiyə dövlət başçısı R.T.Erdoğan haqqında hər zaman çirkin ifadələr işlədir, aşağılayır, qara piarla Ərdoğanı gözdən salmağa çalışırdılar.
Lakin bu gün Türkiyə istehsalı olan "Bayraktar" PUA-ları hesabına rus qoşunlarına çox böyük zərbələr endirilir. Bayraktarlar olmasa Rusiya Ukraynanı daha sürətlə işğal edərdi. Bayraktarlar olmasa Qarabağda da böyük itkilərimiz olacqdı.

Ona görə Ərdoğan haqqında yazdım ki, Bayraktarların istehsalı Ərdoğanın dəstəyi, əziyyəti, bədəlləri, mübarizəsi ilə baş tutdu, yoxsa özünə alternativ müxalifət deyən CHP və digərləri iqtidarda olsa bu mümkün olmayacaqdı. Bunlar istəyirdi ki, Türkiyənin başı ancaq öz iç problemlərinə qarışsın.
Yoxsa bizdəki həmin güruh kimi Türkiyədəki güruh da buna imkan verməzdi.

Amerika yaxın şərqdə-Suriyada NATO üzvü olan Türkiyəni tək qoyanda, üstəlik PKK-ya dəstək verəndə, Türkiyənin hərbi əməliyyatları zamanı yuxarıda yazdığım buzdəki güruh Türkiyəyə dəstək vermədi, Türkiyə səfirliyi önündə dəstək ifadə etmədilər, əksinə qarşı çıxırdılar ki, "Türkiyənin Suriyada nə işi var?" Onlar Ərdoğana "diktator, saxtakar" deyərək onu Azərbaycan xalqının gözündən salmağa çalışırdılar.

Xatırlayanlar bilir, Tural Abbaslı və dostları Türkiyədə keçirilən referenduma dəstək üçün Bakıda "Azərbaycan Evet deyir" adlı bir video rolik hazırlamışdıq. Pah, bu müstəmləkə sektoru üzərimizə elə gəldi ki, bizə hər cür təhqiri edirdilər. Nədir ki, biz Ərdoğanın "Evet" dediyi referenduma dəstək veririk.
Ukraynada hələ siyasi səhnədə olmayan Zelenski teatrlarda Ərdoğanı aşağılayan səhnələr çəkəndə Ərdoğan Türkiyəni silah sahəsində də müstəqilləşdirməyə çalışırdı, bunun üçün çox bədəllər ödəyirdi.

Tural Abbaslı Rusiya haqqında, Rusiyanın işğalçı siyasəti barədə danışanda, "Azərbaycanda rus dili sektorları qapadılsın" deyəndə, Ukraynana dövlətini hər yerdə müdafiə edəndə Tural bəyə dəstək verməyənlər, hələ üstəlik rus dilini müdafiə edənlər, çoxunun övladı, qohumu rus sektorunda təhsil alanlar, "Qərb dəyərlərini müdafiə edirik" deyən təşkilatların trolları indi Tural Abbaslını təhqir edir.
Zaman hər şeyi göstərir və göstərəcək. İnşallah Ukrayna və ukraynalılar vəhşi və işğalçı Rusiyanın zülmündən qurtarar. Lakin belə iradəsizlər, trol şəbəkələri, beşinci kolon cib müxalifətinin nökərlərinin Tural Abbaslı düşmənliyi, qısqanclığı bitməyəcək. Biz bu zombilərə hələ çox göz dağı verəcəyik. 

MÜƏLLİFİN DİGƏR YAZILARI