CAVİD HACIBƏYLİ

Koronavuris Qərbin filmlərdə sırıdığı xilaskar və xeyirxah obrazları puç etdi

Koronavuris Qərbin filmlərdə sırıdığı xilaskar və xeyirxah obrazları puç etdi

CAVİD HACIBƏYLİ


Bu karikaturanın çox dərin mənası var. Kovid19 virusunun dünyanı aciz vəziyyətdə saldığı zamanda məhşur cizgi film və sinema obrazları gəlib bir insanın qapısını döyərək ondan maska istəyirlər. Karikaturada onların heç də filmlərdə olduğu kimi qəhrəman olmadıqları və acizlikləri göstərilir... Təbii ki, acizdirlər. Lakin məsələ, obrazlar vasitəsilə bizim altşüra yeridilən təbliğatdır, propaqandadır...

Amerikan sinemalarında, cizgi filmlərində və digər propaqanda amaclı filmlərdə, ümumiyyətlə Qərbin hazırlayıb ortaya çıxardığı film obrazlarının əksər vaxtlar ana süjet xətti insanların şüuraltında Amerikanın, amerikalının, avroplaının, xilaskar və xeyirxah obrazını yaratmaqdır. 
Amma reallıq tam fərqli olsa da təssüf ki, "zehni yuyulan" dünya əhalisinin əksər hissəsi bu propaqandalara inanmağa başladı.

Uşaqlara və böyüklərin marağına uyğun "qurtarıcı, xilaskar, xeyirxah" film aktyorları, cizgi film obrazları vasitəsilə bu işi aparıblar, indi də aparırlar.
İmperialist maraqlarının genişləndirilməsi üçün Hollivud lauriyatlı bahalı filmlər çəkirlər, obrazlar yaradırlar. 

Batman, Superman, Spiderman, Rembo, Santa Claus və.s  kimi əcnəbi obrazları bizim kültürün, bizim coğrafiyanın, bizim mədəniyyətin uşaqlarına qəhrəman, xilaskar, xeyirxah kimi sırıdılar.

Xeyirxahlıq demişkən, elə Kovid19 virusunun pik həddi olan zamanda Avropa ölkəsi olan Fransa, onun kimi Avropa ölkəsi olan İtaliya və İspaniyaya göndəriləcək maskaları ələ keçirmişdi. İtaliya, İspaniyaya gedən maskaları ələ keçirmişdi. Çexiya, Çinin İtailiyaya göndərdiyi maska və tibbi ləvazimatları ələ keçirmişdi. Amerika, Fransanın Çindən aldığı maskaları ikiqat pulunu ödəyərək ələ keçirdi. Budurmu Qərbin xeyirxahlığı? Bəs birlik, bəs insan haqları?

Öz real qəhrəmanlarımız, öz xeyirxah insanlaırmız qaldı kənarda... Özümüzə inamsızlıq yarandı, özgüvən azaldı, "bizdən bir şey olmaz", "hər şey Qərbdədir" alqısını, fikrini yaratmağa çalışdılar, əcdadımızın qəhrəmanlıqlarını, cəsarətini, əxlaqını mənimsəməyimizin qarşısını almaq üçün hər şey etdilər, çünki elə yetişsək gələcəkyə başqa cür bacacağıq. Amma aşağılıq kompleksi içərisində yetişdirilən bir nəsil olarsaq, o zaman bədbin, əzgin, heç bir hədəfi olmayan nəsil olacağıq.
Bizə birinci nəsil, yəni özünə inanan, özgüvəni tam olan, milli və mənəvi dəyərlərimizə bağlı, cəsarətli, əxlaqlı, elmli nəsil lazımdır.

Bu propaqandalara, təbliğata uyan, bilərəkdən və ya bilməyərəkdən inananlar öz ölkələrindəki hər mövzuda, hər sahədə milliləşməyə qarşı çıxdılar, indi də çıxırlar. Xüsusilə dəyərlər məsələsində. Çünki, milliləşmək qloballaşmağa qarşı olduğu üçün işğalçı imperialist güclərə bu sərf etmir.
Propaqandalara uyanlara zehni işğal olunmuşlar desək daha uyğun olar.

Bizi qərbdən gələn diləklər, şərqdən əsən küləklər bağlamaz... Ona görə də əsas şüarımız Milli Nizam olmalıdır. 

MÜƏLLİFİN DİGƏR YAZILARI