SƏDDAM NƏCƏFOV

Qarabağ məsələsi Qarabağdan böyükdür və yalnızca Qarabağla yekunlaşmayacaq

Qarabağ məsələsi Qarabağdan böyükdür və yalnızca Qarabağla yekunlaşmayacaq

SƏDDAM NƏCƏFOV
Əlbətdə ki, heç birimiz gələcəyi öncədən görmürük. Lakin, məncə Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar yeni mərhələyə keçə bilər. Buna səbəb hələ Qarabağda məsələnin tam həll edilməmiş olması və Naxçıvanla Azərbaycanın bir birindən qopmuş halda qalmasıdır. Üstəlik bu iddianı irəli sürməyimə daha bir səbəb isə ermənilərin dinc durmaması, yenidən təxribatlara əl atmasıdır.
Qarabağ döyüşləri zamanı ələ keçirilən erməni əsirləri təbii ki, razılayşmaya əsasən və qarşılıqlı olaraq təhvil veriləcək. Lakin son günlərdə baş verən məlum təxribatlara cavab olaraq Azərbaycan tərəfindən Qarabağda yenidən əməliyyat keçirərək ələ keçirilən əsirlər, müharibə dövründəki əsirlərlə hüquqi müstəvidə eyni statusa malik deyil. Əlbəttə ki,  ermənilər onsuz da bir millət yox, sanki doğuşdan terrorçudurlar. Lakin döyüş vaxtı ələ keçən əsirlər başqa, döyüşdən sonra Azərbaycan ordusun nəzarəti altında olan yerlərdə terror törətməyə cəhd edən silahlı birləşmələr başqadır. Düşünürəm ki, bu qruplaşmaları məhkəmə qarşısına çıxarılaraq ömürlük həbs etmək lazımdır. Qoy suveren bir dövlətin ərazisində terror aksiyaları keçirmək istəməyin sonrakı “həzzini” yaşasınlar. Əlbəttə sözüm onda deyil. Sadəcə bütün bunların regionda yeni bir savaşı alovlandırdığını vurğulamaq istəyirəm. Bir də  bütün bu illər ərzində Ermənistanın bizim torpaqlara vurduğu zərəri təyin etdikdən sonra Avropa Məhkəməsinə müraciəti var. Artıq hər kəsə məlumdur ki, bu zərərin iki yolla ödəniş forması var. Birinci əlbəttə ki, dəyən ziyanın maddi qarşılığını ödəməklə. İkinci yolu isə qarşı tərəfi qane edəcək hansısa ərazini güzəştə getməklə. Azərbaycan tərəfi isə bu ziyanın yüz milyard dollar dəyərində olduğunu bildirib. Hələ beynəlxalq təşkilatlar da bu ziyanın dəyərləndirməsində iştirak edəcək. Ermənistanın isə heç bu məbləğin üçdə birini belə verə bilməyəcəyi heç kəsə sirr deyil. 
Təbii ki, bu məbləği heç Ermənistanın havadarları da ödəməz. Çünki belə vəziyyətdə onların Ermənistan üzərindəki isdər siyasi, istərsə də hər hansısa maraqları bu qədər bahalı bir maraq deyil. Amma bu məsələdə Qarabağ məsələsində dirəndiklərindən daha çox dirənəcəklərini düşünürəm. Bütün bunlardan isə ortaya bir nəticə çıxır. Ermənistan nə pul ödəyən, nə də torpaq güzəştə gedən deyil. Əvəzində isə təkcə bir alternativ qalır ki, bu da yenə müharibə yoludu. Müharibə yolu isə yuxarıda da sadaladığım və əlavə səbəblərin də gətirəcəyi həll yolu olacaq. Məncə istər rus sülhməramlılarının, istərsə də ermənilərin özbaşınalığı bu yolu qaçılmaz edəcək. Əslində Qarabağın bəlli yerlərində rus sülhməramlılarının bir az başlı-başına buraxılmasının və Türkiyə sülhməramlılarının da hələ ki, Qarabağa gəlməkdə ləngiməsinin arxasında da bir siyasət durur. Düşünür və inanmaq istəyirəm ki, Azərbaycan tərəfi 10 noyabr razılaşmasından sonra Qarabağda baş verən bütün bu cür (ermənilərin torpaqlarımızdan çıxarkən evləri, meşələri yandırıb talaması, erməni hərbi birləşmələrinin çəkildikləri yerlərdə minalar basdırmaları, sülhməramlıların olduqları yerlərdə hələ də silahlı Ermənilərin olmaları, o ərazilərdən Azərbaycan ordusunun əsgərlərinə bir neçə dəfə etdikləri hücumları və əlbəttə ki, rus sülhməramlılarının bütün bunlara ya göz yumması, ya da ən yaxşı halda öz vəzifələrinin öhdəsindən gələ bilməməkləri) negativ halları gələcəkdə masaya qoyacaq. Çünki bütün bu hallar əslində rus sülhməramlılarının da məsələyə çözüm ola bilmədiklərini və Xankəndi də daxil olmaqla digər rayonlara tam nəzarət etmək növbəsinin elə Azərbaycan silahlı qüvvələrinin əlinə keçməsinin labüdlüyünü ortaya qoyur.
Ümumiyyətlə əvvəlki yazılarımın birində bildirdiyim fikiri başqa cümlə ilə deyə bilərəm ki, Qarabağ məsələsi Qarabağdan böyükdür və yalnızca Qarabağla yekunlaşa bilməz. Onu da yenidən vurğulamaqda fayda var ki, Qarabağ münaqişəsinin həlli Rusiya üçün bir fəlakətin başlanğıcı ola bilər. O ki, qaldı Ermənistana, onlar üçün artıq yolun sonu görünür. Gələcəkdə çox ciddi hadisələrin şahidi ola bilərik. Mən bunu tam şişirtmədən və pafossuz deyirəm və Ermənistanın bir dövlət kimi varlığı sual altındadır. Sizin kimi mən də bunu belə istədiyim üçün demirəm. Buna səbəb dünyada ən vacib güclərdən birinə çevrilməkdə olan Türkiyəyə, onun üçün çox önəmli yerə malik Azərbaycana, regiondakı güc ilə heç olmadığı qədər əlaqələri gücləndirib müttəfiqlik qurmaq istəyən İsrailə və əlbəttə ki, yəhudi lobbisinə arada ürək bulandıran belə bir dövlət sadəcə lazım deyil və üfüqdə görünən türk İslam birliyinə düşmən olmaq istəməyən Rusiya buna göz yummağa məcbur qalacaq. Əlbəttə bütün bunlar mənim hadisələrdən çıxardığım nəticələrdir. Lakin tarix hər zaman bizim istədiyimiz kimi olmur. Xırda bir nüans hadisələrin gediş formasını dəyişə bilir. Lakin bizim üçün əsas olan, hadisələrin gedəcəyi son ünvana; yəni hədəfimizə çatmağımızdır.
Məhz Azərbaycanın qəhrəman ordusu Qarabağda bu hədəflər uğrunda qəhrəmanlıq dastanı yazdı və bu milləti daha da dirçəltdi.

MÜƏLLİFİN DİGƏR YAZILARI