AĞ Partiya bütün resursları ilə Azərbaycan ordusunun yanındadır


Məlum olduğu kimi, işğalçı Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Onların bu terrorları nəticəsində  mülki əhali arasında həlak olan və yaralananlar var. Eyni zamanda şanlı Azərbaycan ordusu da öz növbəsində  düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
AĞ Partiya olaraq bəyan edirik ki, Azərbaycan ordusunun Ermənistan tərəfinin təxribatının qarşısını almaq üçün göstərdiyi qətiyyəti təqdir edir, bu yolda ordumuza uğurlar arzu edirik. Ümid edirik ki, işğalda olan torpaqlarımız tezliklə azad ediləcək. Eyni zamanda beynəlxalq ictimaiyyətin də diqqətinə çatdırmaq istəyirik ki, Ermənistan tərəfinin nə söyləməsindən aslı olmayaraq əməliyyatlar Azərbaycan tərəfinin işğal olunmuş torpaqlarında getdiyi üçün Azərbaycan tərəfi bu məsələdə istisnasız haqlıdır. Bildirmək istəyirik ki, AĞ Partiya bütün resursları ilə Azərbaycan ordusunun yanındadır. Tezlikə xoş xəbərlər alacağımıza ümid edirik. Allah qəhrəman ordumuzu qorusun.
723

DİGƏR XƏBƏRLƏR