"Yunan, fransız xalqları keyfiyyətsiz rəhbərləri üzündən başlarına gələcəkləri qəbul edirlərmi?" - Ərdoğan Şərqi Aralıq dənizində baş verənlər haqda

"Quruda, dənizdə və havada qarşımıza çıxacaq hər kəs Türkiyənin beynəlxalq hüquqla təsbit edilmiş haqlarını qoruduğunu gördü. Biz ordusu olan millət deyil, bütövlükdə ordu olan bir millətik." 

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şərqi Aralıq dənizində baş verən proseslərə münasibət bildirərkən deyib. Ərdoğan, Türkiyənin fədakarlıqla haqlarından vaz keçməyəcəyini bildirib.

"Aralıq dənizində qarşımıza çıxanlar da eyni fədakarlıqları göstərə biləcəklərmi? Yunan xalqı keyfiyyətsiz rəhbərləri üzündən başlarına gələcəkləri qəbul edirlərmi? Fransız xalqı keyfiyyətsiz rəhbərləri üzündən ödəyəcəkləri bədəlləri bilirlərmi? Şimali Afrika və Körfəz ölkələrinin qardaş xalqları keyfiyyətsiz rəhbərləri səbəbindən qaralan gələcəklərini bilirlərmi? On minlərlə kilometr uzaqdan Türkiyənin regional maraqlarına göz dikən ölkələrin vətəndaşları bu prosesin özlərinə verəcəkləri zərərin fərqindədirlərmi? Biz minlərlə illik dövlət tariximizin və Anadoludakı min illik mövcudluğumuzun hər gününü mübarizə ilə keçirmiş bir millət olaraq bütün bu gerçəkləri bilirik"- Ərdoğan belə deyib.

2645

DİGƏR XƏBƏRLƏR