İsrailin Türkiyə qorxusu : Qərbdə Liviya, şərqdə Azərbaycan - Sensasiyalı analiz

Yaxın Şərq ilə bağlı sensasion xəbərləri ilə tanınan, mərkəzi ofisi Londonda yerləşən "Middle East Monitor" saytında, "İsrailin Türkiyə qorxusu : Qərbdə Liviya, şərqdə Azərbaycan" başlıqlı yazı dərc olunub.

Avropa.info saytı Dr. Adnan Əbu Əmirin qələmə aldığı analiz yazısının tərcüməsini təqdim edir. 

Zamanla Türkiyə-İsrail münasibətləri getdikcə gərginləşdi və aralarındakı fərqliliklər böyüdü. Bunun başlıca səbəbləri Ankaranın Həmasa verdiyi dəstək və Liviyadakı ixtilafla birgə Aralıq dənizində artan nüfuzu, ya da Azərbaycana təsir imkanlarını artırmaq istəyən İsrailin qarşısında Türkiyəni görməsidir. Türkiyə ilə İsrail arasında Qafqazda da rəqabət mövcuddur.Aralıq dənizində baza qurmuş türklər, Ankaranın Liviya sahillərində kəşfiyyat-qazma işləri aparma açıqlamasından sonra İsrail üçün əsl qorxu qaynağına çevirilib.

Bu arada İsrailin Liviyadakı vətəndaş müharibəsini qütbləşdirməyə çalışması, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Sərrac liderliyindəki Liviya hökuməti ilə ilə böyük iqtisadi və hərbi müqavilələr imzaladığını göstərir. İsrail Aralıq dənizinin şərqində qaz sahələri kəşf etmək istəyən Türkiyənin addımlarını diqqətlə izləyir və Ankaraya qarşı olan bəzi ölkələrin ittifaqını qurmağa çalışır. Beləliklə də, qaz sahələrinin kəşfi üçün yarış başladı və İsrail, Yunanıstan, Cənubi Kipr və Misir bir blok təşkil etdilər.

İsrail, Türkiyənin bölgədə cəsarətinin daha da artacağını gözləyir, lakin İsrail, Misir, Yunanıstan və Cənubi Kirpin istədiyi bu deyil. Qarşıdurma diplomatik sahəyə yönəldilsə də, dənizdə savaş ehtimalı da gercək kimi görünür. Çünki, Liviyada baş verənlər İsraili çox narahat edir. Bu, İsrailin Türkiyəyə qarşı bir qaralama kampaniyası təşkil etməsinə səbəb olur. Çünki, İsrail gələcəkdə Qəzzadakı qaz sahələrində Türkiyə - Fələstin işbirliyi görməkdən qorxur.

İsrail eyni zamanda Girit və Liviya arasındakı bölgədə Türkiyə ilə Yunanıstan arasında bir dəniz savaşı gözləyir. İsrail, Yunanıstan və Misir Türkiyənin Aralıq dənizindəki addımlarından həyəcan keçirirlər. Hətta, bu dövlətlər Türkiyənin Aralıq dənizindəki addımlarını "Türk sorunu" kimi xarakterizə edirlər.

İsrail, Türkiyəyə qarşı Yunanıstan və Misirlə birlikdə ehtimal olunan bir savaşda aktif iştirakı tərcih etmir. Lakin, kəşfiyyat, siyasi koordinasiya, güvənlik məsələlərində bu ölkələrə yardım edə bilər.Rəsmi Tel-Əviv , Türkiyənin aktiv olduğu arenaları genişlətməsindən duyduğu qorxunu gizlətmir.

İsrail, Aralıq dənizinin şərqində Türkiyəyə qarşı bir güc formalaşdıra biləcəyinə inanır. Lakin, inandığı dövlətlərdən biri olan Misir Rönans Su Anbarı məsələsində Efiopoyanın ciddi təzyiqi altındadır. Digər ölkə olan Yunanıstan isə Türkiyəyə qarşı olsa da, rəsmi Ankara ilə müharibədən qorxur. İsrailə gəlincə, bu ölkə nə Lİviyada, nə də Aralıq dənizində birbaşa Türkiyə ilə savaşa qatılmayacaq.

Türkiyə ilə İsrail arasında başqa bir qütbləşmə sahəsi isə Azərbaycandır. Xüsusilə də Azərbaycanın Tel-Əvivdən satış aldığı İHA-ların xətalı olduğu üzə çıxdıqdan sonra, Ərdoğanın rəsmi Bakıya Türkiyə SİHA-larını təklif etməsi gündəmə gəldi. İsrail pilotsuz hava aparatları məsələsində lider güc olduğu vaxtda, Türkiyənin Liviyada türk istehsalı olan pilotsuz hava aparatları ilə uğur qazanması və hətta Rusiya havadan müdafiə sistemlərini məhv etməsi, Bakının da bu silahlara marağını artırdı. 

Ərdoğan iqtidarı dönəmində Türkiyə bölgədə böyük gücə çevirilib. Hazırda Türkiyənin Suriya, İraq, Qətər, Somali və Liviyada əsgərləri var. Rəsmi Ankara enerji sahəsində də gücə çevirilməyi hədəfləyir. Türkiyə Liviya ilə imzaladığı müqavilələrin eynisini qardaş Azərbaycanla da imzalaya bilər ki, bu da İsraili məcburən Ankara ilə işbirliyinə sürükləyir. 

 

2979

DİGƏR XƏBƏRLƏR