Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub
Rusiya Prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rusiya və Türkiyə liderləri əsas diqqəti Liviya böhranına ayırıblar.
Rusiya Prezidenti Liviyada münaqişə tərəflərinin birbaşa danışıqlara başlamasının vacibliyini vurğulayıb.

Bundan başqa, V. Putin Türkiyədəki rusiyalı turistlərin sanitar-epidemioloji təhlükəsizliyinin təmin olunmasının vacibliyini qeyd edib.
“Ankara və İstanbulla, eləcə də Türkiyənin kurort rayonları ilə müntəzəm aviareyslərin bərpa olunmasını nəzərə alaraq, Vladimir Putin bu ölkədəki rusiyalı turistlərin sanitar-epidemioloji təhlükəsizliyinin təmin olunmasını vurğulayıb. Bundan başqa, Putin və Ərdoğan iki ölkə arasında gündəlikdə duran məsələlər, eləcə də aktual beynəlxalq məsələlər, Yaxın Şərq nizamlanması ətrafında fikir mübadiləsi aparıblar”, - deyə Kremlin məlumatında qeyd edilib.
 
1101

DİGƏR XƏBƏRLƏR