Ağ Partiya Livanda baş verən faciəylə bağlı başsağlığı verdi


Dünən Livanın paytaxtı Beyrutda dəhşətli partlayış baş verib. Partlayışın limanda yerləşən anbarlardan birində baş verdiyi bildirilir. 
Hadisə zamanı ilkin məlumatlara görə həlak olanların sayın artıq yüzü keçmişdir. Bundan başqa partlayış zamanı minlərlə insanın yaralandığı da gələn məlumatlar arasındadır.
Ağ Partiyanın Livanda baş verən faciəylə bağlı başsağlığında deyilir:
AĞ Partiya olaraq  Livan xalqına başsağlığı verir, həlak olanlara yaxınlarına səbr, yaralılara isə şəfa diləyirik. Həmçinin onu da bildirmək istəyirik ki, partiya olaraq biz hər kim tərəfindən və kimə qarşı törədilməsindən asılı olmayaraq terrorun hər növünü pisləyirik.
1378

DİGƏR XƏBƏRLƏR