Azərbaycan Türkiyənin ümumi qaz idxalında birinci yerə çıxıb

Azərbaycan Türkiyənin ümumi qaz idxalında birinci yerə çıxıb
Bu ilin yanvar-may aylarında Türkiyə Azərbaycandan 4 527,39 kubmetr qaz idxal edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 20,4% çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında birinci yerə çıxıb.

"APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsi (EPDK) tərəfindən verildiyi məlumatlar əsasında edilən hesablamalara görə, Türkiyə 2019-cu ilin yanvar-may aylarında Azərbaycandan 3 759,01 mln. kubmetr qaz idxal edib.

Məlumata əsasən, bu ilin may ayında da Azərbaycan 881,58 mln. kubmetrlə Türkiyənin qaz idxalında birinci yerdə qərarlaşıb (idxalın 33,04%-i). 

Bu ilin ilk beş ayının yekunlarına əsasən, Türkiyəyə qaz idxalına görə ikinci yeri Rusiya tutur. Bu ilin yanvar-mayında bu ölkədən Türkiyəyə 4 522,12 mln. kubmetr "mavi yanacaq" ixrac olunub. Boru kəməri vasitəsi ilə idxal üzrə üçüncü yerdə qərarlaşan İran isə hesabat dövründə Türkiyəyə 2 029,21 mln. kubmetr qaz nəql edib.
Bu ilin yanvar-may aylarında Türkiyənin qaz idxalı 20 492,55 mln. kubmetr təşkil edib.
Qeyd edək ki, ötən il Türkiyə Azərbaycandan 9,58 mlrd. kubmetrdən artıq qaz idxal edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 27,2% çoxdur.




 
2040

DİGƏR XƏBƏRLƏR