Rusiya Türkiyəyə qaz ixrac edən ölkələr sırasında üçüncü pilləyə geriləyib

Rusiya Türkiyəyə qaz ixrac edən ölkələr sırasında üçüncü pilləyə geriləyibRusiya Türkiyəyə qaz ixrac edən ölkələr sırasında üçüncü pilləyə geriləyib.

APA-nın Moskva müxbirinin Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin enerji tənzimləyicisi EPDK-nın hesabatında bildirilib.
Qeyd olunub ki, Rusiya may ayında Türkiyəyə qaz ixracını illik göstəricidə 62 faiz azaldaraq, indiyə kimi tutduğu ikinci pilləni Qətərə verib.

Türkiyə may ayında qaz idxalını illik göstəricidə 2,667 mlrd. kubmetrə qədər 0,51 faiz azaldıb. Bu həcmin 1,221 mlrd. kubmetri qaz kəmərlərindən, 1,445 mlrd. kubmetri isə slans qazı, yəni sıxılmış qaz olub. Bununla yanaşı, Türkiyəyə qaz kəmərləri vasitəsi ilə idxal olunan qazın həcmi də 45 faiz azalıb, sıxılmış qazın idxalı isə əksinə, 2019-cu ilin may ayının göstəricisi ilə müqayisədə 3 dəfə artıb.
Aylıq göstəricidə Türkiyənin qaz idxalı 1,3 faiz artıb. Rusiyadan Türkiyəyə qaz ixracı may ayında illik göstəricidə 62 faiz azalaraq 340 milyon kub metr təşkil edib. Aylıq göstəricidə isə bu azalma 38 faiz olub. Türkiyənin Qətərdən qaz idxalı isə illik göstəricidə 4 dəfə, aylıq göstəricidə isə 2 dəfə artıb. Bununla da Qətər Türkiyəyə qaz tədarükündə Rusiyanı qabaqlayaraq ikinci pilləyə yüksəlib.

Türkiyənin qaz tədarükündə siyahıda ilk pillədə qərarlaşan Azərbaycan isə öz mövqeyini qoruyub saxlaya bilib. Azərbaycan ötən ilin müvafiq dövrü ilə müqayisədə Türkiyəyə 14,5 faiz çox və ya 882 milyon kubmetr qaz ixrac edib. Türkiyənin qaz bazarında Rusiyanın payı may ayında 12,74 faizə qədər azalıb. Aprel ayında bu göstərici 17,86 faiz olub. Azərbaycanın bu bazarda payı 33 faiz, Qətərin isə 19,5 faiz olub.
 
2423

DİGƏR XƏBƏRLƏR