“Ərdoğan Putinə dedi ki…” – Ankaradan sensasion Qarabağ açıqlaması/Video

“Türkiyə və Yunanıstan savaşın astanasında deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.

Kalın Türkiyənin öz qonşusu ilə savaşmaq niyyətində olmadığını bildirib: “Yunanıstan bizim qonşumuzdur və tarixi münasibətlərimiz var. Biz savaşla bu coğrafiyanı yenidən necə qura bilərik? Bütün məsələləri ön şərtsiz müzakirə etməyə hazırıq”.

O, Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Aralıq dənizinin şərqində karbohidrogen axtarışlarının bir ay müddətinə təxirə salındığını açıqlayıb.

Türkiyə prezidentinin sözçüsü Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı son gəlişmələrə də diqqət çəkib:

“Burada işğalçı tərəf Ermənistandır. Cənab prezidentimiz dünən telefonda bunu cənab Putinə açıq şəkildə izah etdi. Prezidentimizin mövqeyi budur: biz Azərbaycanın yanındayıq. Bununla bağlı ən kiçik tərəddüd yoxdur”.

İbrahim Kalın Türkiyənin Azərbaycana hər cür dəstəyi verəcəyini söyləyib: “Azərbaycana təhdid haradan gəlir-gəlsin, Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək. Amma bu, diplomatik qapıların bağlanıldığı anlamına gəlmir. Cənab Putinlə görüşdə çox yaxşı bir nöqtəyə gəlindiyini deyə bilərəm”.

1168

DİGƏR XƏBƏRLƏR