"İstanbulun türk torpağı olmasını həzm edə bilməyənlər var" - Ərdoğan Ayasofiya məscidinin açılışı haqda

"Əcdadımız İstanbula sahib olmanın xəyallarını qurmuş, bu yolda böyük mücadilələr vermişdir. Bu xəyalı həyata keçirmə Fateh Sultan Mehmet Xana qismət olmuşdur. Ayasofiya məscidinin açılışında İstanbulun türk torpağı olmasını hələ həzm edə bilməyənlərin varlığına şahidlik etdik."

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan, hökumətinin İstanbula yönəlik xidmətlərini daha da artıracağını bildirib.

"İstanbulu böyütdük, gözəlləşdirdik. Atdığımız hər addımla İstanbula layiq olmağa çalışırıq. Bu bir eşq, sevda məsələsidir. Hədəfimiz İstanbul iqtisadiyyatın, ticarətin, təhsilin, mədəniyyətin mərkəzi olaraq, dünyanın ən üst səviyyələrinə çıxarmaqdır" - Ərdoğan belə deyib.   


 
475

DİGƏR XƏBƏRLƏR