Türkiyənin Milli Müdafiə Nazirliyi: "Şanlı bayrağımıza uzanan çirkli əlləri qırarıq!"

“Şanlı bayrağımıza uzanan çirkli əlləri qırarıq”. 

Avropa.info-nun məlumatına görə, bu sözlər “Ayasofya-i Kebir Cami-i Şerifi”nin ibadətə açılması səbəbilə Yunanıstanda verilən reaksiyalarla əlaqədar olaraq Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter” hesabındakı paylaşımında qeyd edilib.

Yunanıstanın Saloniki şəhərində türk bayrağının yandırılmasının qətiyyətlə pisləndiyi və lənətləndiyi bildirilən paylaşımda deyilir: “Bu və buna bənzər təhrik və təcavüzlərin dərhal dayandırılması ilə bağlı xəbərdarlıq edirik. Şanlı bayrağımıza uzanan çirkli əlləri qırarıq”.

343

DİGƏR XƏBƏRLƏR