Türkiyədə kəşfiyyat təyyarəsi qəzaya uğradı - 7 şəhid

Türkiyədə kəşfiyyat təyyarəsi qəzaya uğradı - 7 şəhid
Türkiyənin Van bölgəsində kəşfiyyat təyyarəsi qəzaya uğrayaraq Artos Dağına çırpılıb.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində təyyarədə 2-si pilot olmaqla 7 nəfər şəhid olub. Təyyərənin 2200 metr yüksəklikdə dağa çırpıldığı bildirilib.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu, Türkiyənin Baş Polis İdarəsinin rəisi Mehmet Aktaş və Van Jandarma Təhlükəsizlik Korpusunun Komandiri general-mayor Hacı İlbaş hadisə yerinə yollanıblar. Hadisənin təfərrüatları araşdırılır.
227

DİGƏR XƏBƏRLƏR