Tural Abbaslı küçələrə çıxmış insanlara müracət etdi


Agxeber.com xəbər verir ki, ordumuza dəstək məqsədilə dünən Bakının küçələrində izdihamlı yürüş aksiyaları baş tutub. Ağ Partiyanın başqanı Tural Abbaslı "Facebook" vasitəsilə küçələrə çıxmış insanlara müracət ünvanlayıb. Həmin müracəti diqqətinizə çatdırırıq:

"Əziz həmvətənlər, əziz paytaxt sakinləri, müraciətim sizlərədir. Hazırda ölkəmiz üçün çox taleyüklü və həssas dönəmdir. Ordumuz düşmən qoşunları ilə üzbəüz dayanıb və hərbi əməliyyatlar aparır, qızğın döyüş gedir. Milli Ordumuz vətən uğrunrda düşmən qanı tökür, şəhid verir.
Dualarımız ordumuzün zəfəri üçündür.
Belə bir məqamda paytaxt şəhərimizdə xoş və səmimi niyyətli belə olsa nəzarətsiz, heç bir rəhbəliyi olmayan kütləvi aksiyaları doğru hesab etmirəm. Məsuliyyəti kimin üzərində olduğu bilinməyən belə izdihamlı aksiyalar istənilən təxribata münbit şəraitdir. Dövlətimizin və dövlətçiliyimizin düşməni olan həm xarici, həm də daxili bədxahlar belə məqamları fürsət bilərək hərəkətə keçə bilər. Proseslər qarşısı alınmaz məcraya yönələ bilər. Ordumuzun diqqəti əsas hədəfdən yayınar və biz yenə torpaq itkilərinə və digər təhlükələrə məruz qala bilərik.
Mən buradan Bakı küçələrinə çıxmış bütün vətənpərvər vətandaşlardan xahiş edirəm ki, heç bir təxribata uymasınlar, döyüş getdiyi zamanda paytaxta qarşıdurmaya rəvac verməsinlər və artıq hər kəs öz evinə dönsün.
Bəlkə də bu mövqeyimi kimlərsə doğru anlamayacaq. Ancaq, bizim üçün əsas olan dövlət müstəqilliyi, ərazi bütövlüyüdür.
Yəni, əsas məqsədi Azərbaycan olanların yaranmış vəziyyəti siyasi ambisiyalarını reallığa çevirmək fürsəti kimi görməsi qəbuledilməzdir və böyük yanlışlıqdır.
Hər birinizi bir daha sakitliyə səsləyir və evlərinizə dönməyinizi xahiş edirəm.
Hər şey Azərbaycan üçün, hər şey Qarabağ və hər şey xalq üçün!"

Agxeber.com
394

DİGƏR XƏBƏRLƏR