OPEC-in neft gəlirləri 2014-cü ildən ilk dəfə azalıb


OPEC-in neft gəlirləri 2014-cü ildən ilk dəfə azalıb
Ötən il Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) neft ixracından əldə etdiyi gəlirləri
2014-cü ildən etibarən ilk dəfə azalaraq 564,9 mlrd. ABŞ dolları təşkil edib.

APA-Economics”in təşkilatın illik statistik bülleteninə istinadən verdiyi məlumata görə, 2018-ci illə müqayisədə ötən il OPEC-in gəlirləri 18% azalıb. 2018-ci ildə bu göstərici 692,3 mlrd. dollar təşkil edib.

Məlumata əsasən, OPEC-in ən iri ixracatçısı olan Səudiyyə Ərəbistanı 2019-cu ildə 202,4 mlrd. gəlir əldə edib.
 
OPEC-in gəlirlər üzrə ən maksimal göstəricisi 2012-ci ildə qeydə alınıb – 1,1 mlrd. dollar
 
356

DİGƏR XƏBƏRLƏR