Şahmar Mövsümov: “İşsiz şəxslərə dəstək məqsədilə yardım paketinin verilməsi davam etdiriləcək”

“Pandemiya ilə əlaqədar birdəfəlik ödəmə kimi verilən 190 manat işsiz şəxslərə dəstək məqsədi daşıyır”.

Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib. 

Ş.Mövsümov bildirib ki, bizdə bu istiqamətdə görülən tədbirlər heç də digər ölkələrdən geri qalmır:

“Azərbaycan, demək olar ki, bütün resurslardan istifadə edərək, iqtisadiyyatın vəziyyətinə də nəzarət etməyə çalışır. Təbii ki, bu proseslər iqtisadiyyata təsirsiz keçməyib.

Nəinki Azərbaycanda, eləcə də, digər ölkələrdə. Odur ki, işsiz şəxslərə dəstək məqsədilə yardım paketinin verilməsi də davam etdiriləcək”.

770

DİGƏR XƏBƏRLƏR