Müasir günümüzdə COVİD 19 pandemiyasından sonra ortaya çıxan ümumi vəziyyət dünyadakı bütün insanların online iş həyatına keçməsini zəruri edən bir həyat sistemini ərsəyə gətirir. Bu özlüyündə markaların, brendlərin, yol xəritələrinin də müəyyən olunmasında aparıcı qüvvələrdəndir. Mövzumuz dünyadakı markalaşma olmadığı üçün xüsusən müsəlmanların marka anlayışı, markalaşmanın həyatımızdakı zərurəti və marka anlayışının müsəlmanlara görə hansı disiplin və kriterlərdən ibarət olduğu üzərində durmaq istəyirəm. Ümumiyyətlə müsəlmanların markalaşmağa ehtiyacı var mı? Kimi bənzəri suallar ətrafında cəmlənərək yol xəritəsini və ya bizə görə marka anlayışını ortaya qoymaq istəyirəm. Bu bir iddiadır, iddialar bir nəzəriyyə məlumat bazası üzərində qurulan bir fikir və qısa yaxud uzun vadəli bir planın parçası olaraq ərsəyə gəlir. Elə isə sizləri də çox yormadan bu iddialar üzərində bir az müzakirə edək!
Müsəlmanların Marka Anlayışı: 14 əsrlik zəngin elmi, ədəbi mirasa sahib olan müsəlmanların hər dövr üçün marka anlayışı olub demək olar ki. Bizim marka anlayışımız xüsusən güc qaynaqlı düşüncə, məzhəb və məktəblərin təsiri ilə formalaşan mühit və alimlərin əsərləri, fikirləri ilə meydana gəlmişdir. Xüsusən məzhəblərin marka anlayışındakı özünə məxsus əlamətləri bu gün dünyanın ən böyük markalarının ortaya qoya bilmədiyi ən ciddi disiplin, mexanizma əsasında ciddi əsərlər, alimlər,nəsillərin ərsəyə gəlməsinə imkan vermişdir. Alimlərin həyat standartları, ictimai təşkilatlanmalar, qardaşlıq müəssələri, Hamılıqla Allahın İpinə Dininə Sarılma1 ilahi əmrinin və Allah yolunda fədakarlıqların minlərlə örnəyi ilə zirvəsini görmüşdür. Bu həyat prinsipi birlik, bərabərlik ruhunun ilahi təcəssümü olaraq müsəlmanların komanda şəklində hərəkət etməsini təmin etmiş və böyük uğurlara nail olmasına imkan vermişdir. Təbii ki parçalanmalar, fikir ayrılıqları kifayət qədər olduğu halda ümmətin böyük parçasının müştərək fəaliyyəti bu bütünlüyün ən əsas göstəricisi olaraq qarşımıza çıxır. Xüsusən də müsəlmanların düşüncə və fikir azadlığı, zehni istehsal qabiliyyətinə məhdudiyyətlər qoyulmaması ümmətin tez, antitez, sintez mərhələlərindən rahatlıqla keçməsini təmin etmişdir. Təbii ki insanlıq tarixi özündən əvvəlki təcrübəni görmək götürmək, tərcümə etmək, öyrənmək və özünkiləşdirərək üzərinə özünə məxsus bir bina inşa etməklə məşğuldur. Biz bu mərhələni keçmişik və heç kim yunan mifologiyasından, antik fəlsəfə tarixindən, coğrafi elmlərdən, riyazi kəşflərdən nəsibimizi almadığımızı iddia edə bilməz. Biz öyrəndik və öyrəndiklərimiz üzərinə yüzlərlə kəşflər əlavə etdik ki İbn Sina – Avi Cenna, Əl Xərəzmi Algaritma, Əl Qəzzali – Gazelli olaraq dəyişdirilib istifadə olunmasın, oğurlanmasın. Beləcə müsəlmanların kor koranə təqlid, misyon fəaliyyətləri, bizdən ağıllı və çevik tərpənən xalqlar tərəfindən oynanan fitnə, fəsad oyunlarına qarşı Şərq xalqı temperamenti ilə fevri, hissi davranmağımız artıq həm qınaq obyektinə, həm nəbiz yoxlaması ilə ən sadə iddialar ətrafında cəmləşərək dünyanın əsas hərəkət mexanizmasından ciddi şəkildə uzaqlaşmağımıza səbəb oldu!
Markalaşmanın Həyatımızdakı Zərurəti: Bəli mövzunun əvvəlində qeyd etdiyimiz kimi markalaşma artıq zəruri hala gəldiyinə görə müsəlmanlar da bundan nəsibini almaqla mükəlləf oldu. Özümüzə məxsus yol xəritəsi, bizim dünyaya tanıtdığımız, brend olaraq ərsəyə gətirdiyimiz fikirlər, yeniliklər, layihələr, iddialar məcmuu dünyadakı gücümüzü və dünyanın idarə, hərəkət mexanizmasındakı yerimizi ifadə vəya təyin etdi. Biz nə qədər özümüzü ən müasir vasitə və mexanizmalarla ifadə edə bildiksə o qədər markalaşmanın və dünyanın aparıcı gücündə yer ala bilirik. İstər nəzəriyyələr, istər praktik məlumat və reallıqlar onu göstərir ki beynəlxalq viza, valyuta, hər hansı sosya platforma, ən böyük start up`lardan v.s. yüzlərlə aparıcı göstəricilərdən uzaq qalmışıq. Yoxdur deməyək layiqincə İngilis əxlaqı, Amerika mədəniyyəti, Qərb imkanlarından lazımınca yararlanıb ciddi göstəricilərə sahib təmsilçilərimiz var. Biz özümüzü onlara aid edib, onlarla fəxr edirik, onlar özlərini bizdən bilib bizdən olduqlarını qəbul edirlər mi o da ayrı bir dərddir!)
Həqiqi Markalaşma Necə Olmalıdır və ya Mümkündür mü?
Bəli gələk ən əsas məsələyə müsəlmanların markalaşmağa ehtiyacı var mı? Markalaşma bizə nə qazandıracaq. Bu bidət termini başqa hansı şəkildə ifadə etmək olar ki bizə məxsus olsun? Deməli dostlar 14 əsrdir fərqlilik, fərdilik məzhəblər bağlamında özünü göstərdi və bizimki sizinki anlayışı qanımıza, genimizə, əxlaqımıza elə işlədi ki, bəlkə də bir 14 əsr lazım olacaq bu anlayışı az da olsa yumşalda bilək. İlk olaraq məzhəblərin düşüncə, ortaq layihələrin ərsəyə gəlməsində birləşməsi, sadəcə əhli sünnət deyil əhli şiə kimi düşüncələrin də müştərək layihələr ərsəyə gətirməsi ligth müsəlmanlığın ən böyük göstəricisidir heç vaxt alınmayıb, alınmayacaq da deyib keçəcəyik! Bəs əhli sünnətin içərisində modern sələfilərin sufilərlə, Hənəfilərin Hənbəlilərlə birləşib müştərək bir düşüncə, layihə, insanlıq tarixini dəyişdirə biləcək düşüncə, kəşf üzərində cəmlənməsi mümkündür mü? Deməli gəldiyimiz nöqtə o qədər incəlib ki bir face paylaşımımız, yenilik ortaya qoyub az da olsa harama girməklə bir mədəniyyət inşa etmək istədiyimizdə dərdimiz də, niyyətimiz də ürəyimizdə qalır. 1000 illik səbri olan peyğəmbərlərimizdən xütbələrdə örnəklər verib 2 saatlıq səbri, əzmi göstərə bilmirik azacıq fərqli fikir, düşüncə, təmayül göstərən ətrafımızdaki insanlara, fərdlərə. Beləcə gəl gələlim bizim təşkil edəcəyimiz marka və bizimki marka anlayışına! Biz didişərkən inşa olunan dünya mədəniyyətinə nəzər salsaq yüzlərlə, minlərlə insanın bir fikir, düşüncə, təmayül əsasında ən seçkin ölkəmizin belə 10 illik meyvə tərəvəz satışı ilə əldə etdiyi gəliri 1 il nəticəsində zehni kəşflərlə qazandığının şahidi oluruq. Uzun sözün qısası nə qədər ki bizimki sizinki anlayışı ilə bu iddia və müddəalarımıza davam edəcəyik beləcə dünyanın aparıcı gücü və qüvvəsi olmaqdan da kənarda qalacayıq. Bütün bunları toplamaq, toparlamaq imkansız qədər çətin deyil sadəcə 300 km/saniyə hərəkət edən sürətli qatara ehtiyacımız var ən azı!)
Dediklərim tənqidə, etirazlarınıza açıqdır! Hörmətlər…
Sənan Əzimov
İstanbul Universiteti Doktorant