108 ildən sonra Türkiyə keçmiş vilayəti Liviyaya qayıdır


Liviyada  stratejik əhəmiyyət kəsb edən Tarxuna şəhəri azad edilib. Politoloqlar Tarxuna şəhərinin azad edilməsini Liviya hökümətinin ciddi uğuru kimi şərh etməklə yanaşı eyni zamanda Hafatırın "siyasi" səhnədən uzaqlaşmasının sürətlənəcəyinə də işarə olduğunu vurğulayıblar. Bu barədə politoloq Əhəd Məmmədli öz facebook hesabında aşağıdakıları yazıb:
"Liviyanın Tarxuna şəhəri azad edildi! Tripolinin 90 km cənubunda yerləşən Tarxuna şəhəri uzun müddətdir paytaxta qarşı hücumlarda qərargah rolunu oynayırdı.
Türkiyənin dəstəklədiyi Sərrac höküməti son 5 ayda Haftar muzdlularına qarşı böyük uğurlar əldə edib. Son 2 gündə isə, Tripoli Beynəlxalq Aeroportu, Ayn Zara və Vadi ər-Rəbi kimi məntəqələr geri alınıb.
Bu gün isə Tarxuna şəhəri azad edildi. Açığı Tarxunanın belə tez azad ediləcəyini şəxsən mən gözləmirdim. Dünən Ərdoğan-Sərrac görüşündən dərhal sonra Tarxunanın azad edilməsini təsadüfü saymıram. Türkiyə Liviyada yağlı Nöqtə qoyur. 108 ildən sonra Türkiyə keçmiş vilayəti Liviyaya qayıdır və bu qayıdış möhtəşm oldu!
Nyu-Osmanlı siyasəti ideoloji müstəvidən başlayıb geopolitik reallığa çevrilir...
Tarxunanın azad edilməsi Liviya müharibəsində psixoloji üstünlüyündə Sərrac hökümətinin tərəfinə keçməsi deməkdir.
 Suriya müharibəsində İdlibin düşməsi nə deməkdirsə (Hansıki düşmədi), Tarxunanın düşməsi Liviya müharibəsində o deməkdir. Ərdoğan İdlibi qoruya bildi, Putin isə Tarxunanı qoruya bilmədi... 
Tarxunanın düşməsi, Liviya müharibəsinin 70-80% bitməsi anlamına gəlir".
2120

DİGƏR XƏBƏRLƏR