Qərargah: İndiyədək koronavirusa yoluxmuş 4568 nəfərdən 2897-si sağalıb, 54-ü ölüb

Qərargah: İndiyədək koronavirusa yoluxmuş 4568 nəfərdən 2897-si sağalıb, 54-ü ölüb
Hazırkı dövrədək ölkəmizdə 4568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə,  onlardan 2897 nəfər müalicə olunaraq sağalıb, 54 nəfər vəfat edib, 1617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 49 nəfərin vəziyyəti ağır, 63 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
 
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 280 663 test aparılıb.
 

 
430

DİGƏR XƏBƏRLƏR