AĞ Partiya Pakistan İslam Respublikasına başsağlığı verib


"Agxeber.com"  xəbər verir ki, AĞ Partiya  Pakistana başsağlığı verib. 
“Dost və qardaş Pakistanda yaşanan hadisə bizi dərindən kədərləndirdi.  Pakistanın Karaçi şəhəri yaxınlığındakı  107 nəfərin ölümüylə nəticələnən təyyarə qəzası bizi kədərləndirib.  Müqəddəs Ramazan ayında ölümlərə görə dərin üzüntü keçiririk. Qəzada yaxınlarını itirmiş vətəndaşlara və Pakistan xalqına başsağlığı veririk. Allah ölənlərə rəhmət etsin" deyə başsağlında qeyd olunub.
Xatırladaq ki, Lahor şəhərindən Kəraçiyə uçan təyyarə qəzaya uğrayıb. Təyyarədə 99 sərnişin, 8 nəfər ekipaj üzvü olub. Kəraçi aeroportu yaxınlığında qəzaya uğrayan təyyarə evlərin üstünə düşüb. 
738

DİGƏR XƏBƏRLƏR