Cəbhəboyu zonada yeni inşa edilmiş hərbi hissələrin açılışı olub

Cəbhəboyu zonada yeni inşa edilmiş hərbi hissələrin açılışı olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yeni inşa edilmiş hərbi hissələrin açılışında iştirak edib  və tikintisi davam etdirilən obyektlərə baxış keçirib.

İstifadəyə verilən qərargah binaları, əsgər yataqxanaları və yeməkxanalar, tibb məntəqələri, idman şəhərcikləri, sıra meydanları, döyüş texnikaları üçün saxlanclara baxış keçirilib.

Bildirilib ki, İP mühafizə və İP video-müşahidə sistemləri,  yanğın əleyhinə siqnalizasiya və daxili rabitə sistemləri quraşdırılmış qərargah binaları tam şəkildə mebel və avadanlıqlarla təchiz edilib. Qərargah binalarında ideoloji otaq, brifinq, akt zalları və digər xidməti iş otaqları istifadəyə verilib.


APA

471

DİGƏR XƏBƏRLƏR