Ramin Əbilov: "Cəmil Həsənlinin LGBT-yə dəstək verməsi dəyərlərimizə vurulan baltadır"



Agxeber.com  məlumat verir ki, Ağ Partiyanın başqan müşaviri Ramin Əbilov son günlər yaşanan LGBT məsələsi ilə bağlı öz münasibətini bildirib. 

Ramin Əbilov: Təəssüflər olsun ki, hələ də itirə-itirə gedirik! 
Uzaq tarixə baş vurmadan, son yüz ili ələ almaq istərdim. Öncə, keçən əsrin əvvəllərində bir toparlanma oldu , sonra ard-arda itkilər. Öncə azadlığımızı sapı bizdən olan baltaların hesabına itirdik. Sonra aydınlarımızı , əsl vətən oğullarını (güllələdilər və ya sürgün etdilər) itirdik, şaumyana heykəl qoyduq, vartana-aşota qardaş deməyə başladıq , ən ağırı dinimizi, imanımızı əlimizdən aldılar, itirdik, itirdik, itirdik... Bu minvalla əsl kişiləri itirə-itirə kişilər qıtlığını, kişi sözü, mərd insanlar qıtlığı yaşamağa başladıq.

Tam bir nəsil dəyişəndən sonra, yenə torpaqlarımızı itirdik! O müharibədə yaxşı oğullarımızı itirdik... Son illər təkrar hücum dinimizə, milli-mənəvi dəyərlərimizədir, bunlar da əldə getsin ki , tamamən çökək! Çünki, özünü bilməyən, özü olmayan və özünə (dəyərlərinə və torpaqlarına) sahib çıxmayan millət deqradasiyaya və çöküşə məhkumdur! Bu isə, məmləkətdə söz sahibi olması gərəkən insanların, ziyalıların susqunluğu və mövqesizliyi ilə davam edir, təssüf...

Demək ən qorxulusu özümüzü itiririk! Bu baş verərsə nə müqəddəsat, nə mənəviyyat, nə də torpaqlar geri qayıdan deyil. Hə, bu arada ziyalı demişkən.., keçən günlərdə  “ağsaqqal” Cəmil Həsənli də lgbt-yə dəstək verir! C.Həsənlinin LGBT-yə dəstək verməsi dəyərlərimizə vurulan baltadır. Bax sözün bitəcəyi yer budur! 
ALLAH bu milləti və məmləkəti sapı özümüzdən olan baltalardan qorusun və bizə, biz olmağı nəsib etsin! 

Ağ Partiyanın başqan müşaviri Ramin Əbilov
1121

DİGƏR XƏBƏRLƏR