Prezident daha bir icra başçısını işdən çıxardı

Prezident daha bir icra başçısını işdən çıxardı
 

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazim Mehdi oğlu İsmayılov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, Nazim İsmayılov bu posta ötən ilin mayında təyin olunmuşdu. O, Saatlıdan əvvəl Sabirabadın icra başçısı idi.

583

DİGƏR XƏBƏRLƏR