Aleksandar Prijovic həbs olundu!


Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilən koronavirus (Covid-19) epidemiyasına qarşı ölkələr müxtəlif tədbirlər həyata keçirirlər. Buna görə, komendant saatının tətbiq olunduğu ölkələrdən biri olan Serbiyada, "Real Madrid" kulubunun futbolçusu Luka Yoviçdən  sonra daha bir futbolçu qadağalara tabe olmadı.
Səudiyyə Ərəbistanı klublarından Əl Ittihad formasını geyinən Aleksandar Prijovic, koronavirusuna qarşı alınan tədbirlərdən biri olan komendant saatının tələblərinə əməl etmədiyinə görə həbs edildi. Daha öncə bu qaydanı poza Real Madrid kulubunun oyunçusu  Luka Yovic sevgilisinin doğum günü üçün Belqrada getmişdi. Qeyd edək ki, Serbiyada komendant saatını pozanlar 3 ilədək həbs cəzası ala bilərlər.
Belqrad polisinin verdiyi açıqlamaya görə, Prijovic və 19 nəfər bir otelə toplaşaraq, ölkədə saat tətbiq olunan 17: 00-dan 05: 00-a qədər komendant saatının şərtinə əməl etməmişdir. "Əl Ittihad" ın formasını geyən 29 yaşlı hücumçu korona virusuna qadağa qoyan ikinci serbiyalı olub.
 
 
425

DİGƏR XƏBƏRLƏR