Zərdabda 30 yaşlı kişi bıçaqlandı

Zərdabda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Məmmədqasımlı kəndində qeydə alınıb.

Kənd sakini, 30 yaşlı Eyvazov Sübhi Seyfəddin oğlu aralarında yaranan mübahisə zəminində həmkəndlisi, əvvəllər məhkum olunmuş Əhmədov Cövdət Əhməd oğlu tərəfindən bıçaq xəsarəti alıb. Yaralı ətrafdakı insanların köməyi ilə Zərdab rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

428

DİGƏR XƏBƏRLƏR