İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.
Agxeber.com oxu.az-a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində verilən vəsatət təmin edilib və V.Hacıyev barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, V.Hacıyev Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. O, bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncamla vəzifəsindən azad edilib.