XİN: Paşinyan son bəyanatı ilə münaqişəsinin həllinə məhz Ermənistanın əngəl törətdiyini etiraf edib

XİN: Paşinyan son bəyanatı ilə münaqişəsinin həllinə məhz Ermənistanın əngəl törətdiyini etiraf edib

Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın Parlamentdə çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinin 2018-ci ildən bəri zərrə qədər də dəyişilmədiyi barədə bəyanatına münasibət bildirib.
APA-nın xəbərinə görə, XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, bu bəyanatı ilə Ermənistan baş naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə və beləliklə də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına məhz Ermənistanın əngəl törətdiyini etiraf etmiş olur.
“Bu bəyanat kimin danışıqlardan imtina etdiyini, kimin beynəlxalq ictimaiyyətin, ilk növbədə isə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməkdən imtina etdiyini, beləliklə də kimin münaqişənin tənzimlənməsinə maneə olduğunu açıq şəkildə göstərir. 
 
Ermənistan rəhbərliyi bu açıqlamaların münaqişənin danışıqlar yolu ilə tənzimlənməsinə heç də xidmət etmədiyini anlamalı və nəhayət dərk etməlidir ki, Azərbaycan öz Konstitusiyasına və beynəlxalq hüququn norma və prinsiplərinə istinadən beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa edəcək. Münaqişənin həlli çərçivəsində yarana biləcək hər hansı gərginliyin məsuliyyəti isə Ermənistan tərəfinin üzərindədir”, - deyə XİN rəsmisi vurğulayıb.
 
223

DİGƏR XƏBƏRLƏR