Üç tərəfli bəyanətın vaxtı bitdi...

No description available.
Üç tərəfli bəyanatın imzalanmasından iki ilə yaxın müddət keçməsinə baxmayaraq, ermənilər hələdə xam xəyallar qurmaqda davam edir və təbii ki buna onları vadar edən səbəbləri var.

Bildiyimiz kimi Azərbaycan 10 noyabr bəyanatının müddəalarına əməl edilmədiyilə bağlı aylardı Rusiya və Beynalxalq ailəmə çağırışlar edir. Təəsüf ki hələdə bölgədə sülhü təmin etməli olan Rusiya sülhməramlıları,bu çağırışları qulaq ardına vurur. Hətta indi yeni separatçıların təxribatlarında bir başa iştirak edirlər. Burdan belə bir nəticəyə gəlmək olar ki, rus öhdəliklərini yerinə yetirmir, əksinə səlahiyyətlərini aşaraq revanşist erməni hərbi birləşmələrini qorumaq, silahlandırmaqla məşğuldur.

Bundan əlavə, bir müddət əvvəl sərhədlərimizdə, erməni separatçıları tərəfindən ard-arda doqquz dəfə təxribat törədilib. Bu təxribatın yeddisi məhz rus sülhməramlılarının müvəqqəti nəzarət nöqtəsindən baş verib...

Azərbaycanın suveren hüquqları imkan verir ki, Qarabağda antiterror əməliyyatlarını qətiyyətli şəkildə davam etdirsin. Torpaqlarımızda separatçı ünsürlərin təmizlənməsi üçün antiterror əməliyyatları yeganə həll yoludur.

Allah Azərbaycan ordusunu qorusun. Yaşasın Azərbaycan əsgəri.

Ağ Partiya _Xanımlar Təşkilatının sədri Malvina Amirova
218

DİGƏR XƏBƏRLƏR